“İnsan alverçiləri miqrant böhranından yararlanaraq daha çox adamı qul olmağa məcbur edirlər”
Tarix: 19.05.2016 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Avropa Birliyi: “Uşaqlar kriminal qrupların daha çox üstünlük verdiyi hədəfdir”

Kriminal bandalar Avropada miqrant böhranından daha çox fayda əldə etməkdədirlər. Onlar bu böhrandan yararlanmaqla, daha çox adamı qul olmağa məcbur edirlər. Belə ki, onların əli ilə daha çoxlu sayda insan cinsi istismar və köləliyin başqa növlərinə çevrilməyə məruz qalıb. “The Guardian” yazır ki, bu barədə Avropa Birliyinin (AB) insan alveri ilə bağlı məruzəsində bildirilir: “Uşaqlar belə bir şəraitdə həmin cinayətkar qrupların daha çox üstünlük verdiyi kateqoriyadır. Bu barədə valideynləri tərəfindən müşayiət edilməyən minlərlə uşağın Avropa yolunda izsiz yoxa çıxması ilə bağlı faktlar misal çəkilir. 2015-ci ildə 96 min kimsə tərəfindən müşayiət edilməyən uşaq Avropada sığınacaq tələbi ilə çıxış edib. Bunlar uşaq qaçqınların ümumi sayının 15-i qədərdir.
Amma ötən yanvarda AB polis agentliyi bildirib ki, 10 min civarında uşaq Avropaya gələnə qədər itkin düşüb. Alman hökuməti isə bildirib ki, bu ilin əvvəlində 4 min 700 uşaq itib, İsveçdə isə həmin vaxt 10-a qədər uşaq yoxa çıxıb”.
“The Guardian” bildirir ki, cümə axşamı günü açıqlanan AB məruzəsində nə qədər insanın və uşağın kriminal bandaların qurbanı ola biləcəyini hesablamağa cəhd edilmir, burada yalnız uşaq alveri ilə bağlı halların davam edən miqrant böhranı şəraitində daha da kəskinləşdiyi diqqətə çatdırılır. Məruzədə qeyd edilir ki, uşaqlar ikiqat qurban olmaq riskindədirlər, çünki onlar hökumət orqanları tərəfindən tapıldıqda, onlarla hansısa cinayətin təqsirkarları kimi davranılır.

6 aylıqdan 10 yaşa qədər olan uşaqların 4 min avrodan(3 min funt sterlinq) 8 min avroya qədər alınıb-satıldığı ilə bağlı faktlar var. Bəzən bu yaşda olan uşaqların 40 min avroya alınıb-satıldığı da bildirilir

Mütəşəkkil cinayətkar qruplar, uşaqları, asan cəlb etmək və dəyişmək mümkün olduğu üçün insan alverinin qurbanına çevirirlər. Həmçinin uşaq qurbanları nəzarətdə saxlamaq daha asan və təhlükəsiz başa gəlir. 6 aylıqdan 10 yaşa qədər olan uşaqların 4 min avrodan(3 min funt sterlinq) 8 min avroya qədər alınıb-satıldığı ilə bağlı faktlar var. Bəzən bu yaşda olan uşaqların 40 min avroya alınıb-satıldığı da bildirilir.
AB qurumları 2013-2014-cü illərdə 15 min 846 insan alveri qurbanını qeydə alıblar ki, onlardan 2,375 nəfəri uşaq olub. Amma məruzə müəllifləri inanırlar ki, qurbanların həqiqi sayı qat-qat çoxdur.
İnsan alveri qurbanlarının üçdəiki hissəsindən çoxu (67%) cinsi istismar işləri məqsədilə istifadə edilir, beşdəbiri (21%) məcburi əmək(ən çox kənd təsərrüfatı işləri üçün) üçün yararlanılır. Qalanları isə ev köləliyindən tutmuş, məcburi dilənçiliyə qədər sıralanan amansız istismar qurbanlarıdırlar.
Məruzə müəllifləri Liviyadan İtaliyaya keçən və sayları olduqca kəskin şəkildə artan nigeriyalı qadın və qızlarla bağlı həyəcan təbili çalırlar. İtaliya hökumət qurumları bu cür Nigeriyadan olan qurbanların sayının hər il 300 faiz artdığını bildirirlər.

İnsan alveri qurbanlarının üçdəiki hissəsindən çoxu (67%) cinsi istismar məqsədilə istifadə edilir, beşdəbiri (21%) məcburi əmək(ən çox kənd təsərrüfatı işləri üçün) üçün yararlanılır. Qalanları isə ev köləliyindən tutmuş, məcburi dilənçiliyə qədər sıralanan amansız istismar qurbanlarıdırlar


O da bildirilir ki, insan alverçiləri isə qeyri-AB vətəndaşları üçün sığınacaq icazəsi almaqla bağlı əminlik yaratmaq üçün leqal miqrasiya marşrutunu getdikcə daha çox istismar edirlər. Maraqlıdır ki, bu yolla kimliyi müəyyən edilmiş qurbanların çoxu - üçdəiki hissəsi AB vətəndaşlığına daxil olub. Onların əksəriyyəti Rumıniya, Bolqarıstan, Niderland, Macarıstan və Polşadan gəlmədirlər. Qalanları isə əsasən, Nigeriya, Çin, Albaniyadan gələnlərdir.
Ekspert Catherine Bearder bildirir ki, bu alçaq ticarətlə bağlı rəsmi statistika aysberqin görünən tərəfidir.
Onun fikrincə, insane alveri qurbanları məhz canlarını alverçilərdən qurtaranda, yaxud həbs olunanda, rəsmi dairələrin diqqət mərkəzinə və qeydiyyatına düşürlər: “Əslində isə onların çox cüzi bir hisəsi hökumət qurumları tərəfindən xilas edilir və bu, sadəcə mənim üçün şokedicidir”.
Polis çox tez-tez “cinayəti görür, amma şəxsiyyəti görmür, onlar üçün qurbanların hamısı qeyri-qanuni miqrantlardır”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info