Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Tarix: 19.05.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Yaponiyanın "World Investors TV" internet televiziyasının növbəti canlı yayımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramın qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.
Canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlıların bu ərazilərdən qovulması barədə ətraflı danışıblar. Ə.Məmmədov və X.Kələntər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistan hakimiyyətinin buna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.
Ə.Məmmədov və X.Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.
Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.
Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərinin videogörüntüləri yerli tamaşaçılara təqdim edilib.
Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və "4 günlük müharibə" adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinə adekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info