“Almaniya Çindən yüklərin daşınması üçün Azərbaycan-Gürcüstan dəhlizindən istifadə edəcək”
Tarix: 20.05.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın qoşulduğu “Vikinq qatarı” layihəsi Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışını təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (İran körfəzi və Hindistan) istiqamətlərində və əksinə, yüklərin daşınmasına geniş imkanlar yaradır

Yeni nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan Çindən başlayaraq Avropaya, eləcə də əks istiqamətində yüklərin daşınmasında böyük rol oynayacaq. Ölkəmizin nəqliyyat dəhlizlərinin işə salınması istiqamətində həyata keçirdiyi aktiv siyasət öz bəhrəsini
verməkdəədir.

Azərbaycanın bu istiqamətdə Rusiya, Çin, İran, Gürcüstan, Türkiyə, və bir çox Avropa dövləti ilə apardığı danışıqlar, İranla sərhəddə yeni körpünün təməlinin qoyulması, dəmir yolu xətlərində həyata keçirilən yeniliklər, vahid tarif müəyyənləşdirilməsi və Bakı-Tiflis-Qars dəmir yolu xətinin inşasının sona çatması yaxın perspektiv üçün ciddi nəticələr ortaya qoyacaq. Çindən Mərkəzi və Qərbi Avropa istiqamətində yüklərin dəmir yolu ilə Azərbaycan-Gürcüstan vasitəsilə daşınması ən optimal-qısa və ucuz başa gələn yol olduğundan bu dəhlizə böyük maraq var. “Qruziya onlayan” xəbər verir ki, Almaniya da yüklərin bu dəhliz vasitəsilə daşınmasında maraqlıdır. Gürcüstan dəmir yollarının direktoru Mamuka Baxtadze “Deutsche Bahn”la imzalanan müqavilənin böyük əhəmiyyət daşıdığını deyib. İmzalanan müqaviləyə əsasən Almaniyanın “Deutsche Bahn” şirkəti Çindən yüklərin daşınması üçün Azərbaycan-Gürcüstan dəhlizindən istifadə edəcək. Deməli, Almaniya üçün də Çindən gələn yüklərin Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi vasitəsilə daşınması aktualdır.

“Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti tranzit yük daşıma həcminin artmasına şərait yaradacaq”

Bu amil Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini bir qədər də artırmış olur. Gürcü tərəfi Qazaxıstan nümayəndələri ilə aparılan danışıqlarda da müəyyən razılaşmalar əldə edib. Əsas razılıq Poti və Batumi limanları vasitəsilə daşınan neft və taxılın qiymətləri ilə bağlı olub. Xatırladaq ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası keçirilib. Tədbirdə 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, sərnişin kompleksinin fəaliyyəti, qatarların hərəkət cədvəlinin normativləri, konteynerlərin siyahıya alınmasının yekunları və cari il üçün yük vaqonlarının siyahıya alınmasına hazırlıq MDB hökumət başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qəbul edilmiş MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası barədə qərarının 2015-ci il üzrə yerinə yetirilməsi müzakirə edilib. İclasda beynəlxalq yük daşınmalarında vahid pəncərə sisteminin və rəqabətə davamlı vahid pəncərə sisteminin tətbiqinə dair yekun qərar qəbul olunub. Tədbirdən bir gün əvvəl Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun(TMTM) Koordinasiya komitəsinin də iclası keçirilib. Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda tətbiq olunacaq yeni tarifləri də müzakirə edərək təsdiq ediblər. Həmin tariflər vaqon, konteyner və yükdaşımaların digər növlərinə aiddir. Qəbul olunan qərara əsasən həmin rəqabətədavaml tariflər 2016-cı il iyunun 1-dən qüvvəyə minəcək. Tədbirdə vurgulanıb ki, bütün müzakirə edilən məsələlər və qəbul olunan qərarlar, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun coğrafiyasının genişlədirilməsinə, nəqliyyat dəhlizinin inkişafına, rəqabətliliyinin artmasına və nəticədə bu yolla daşınan yüklərin artmasına səbəb olacaq. Ekspertlər hesab edir ki, vahid tariflərin müəyyən edilməsi Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılmasına səbəb olacaq. Azərbaycanın nəqliyyat dəhlizlərində əhəmiyyətini artıracaq başqa bir layihə ölkəmizin “Vikinq qatarı” layihəsinə qoşulmasıdır. Artıq bununla bağlı protokol imzalanıb. Bu layihəyə qoşulma Azərbaycana nə verəcək? Xatırladaq ki, 2016-cı ilin mart ayında “Azərbaycan Dəmir Yolları”QSC və “ADY Express” MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak ediblər. Həmin görüş zamanı, Azərbaycanın “Vikinq qatarı” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunmuşdu. Məsələ ondadır ki, bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışını təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (İran körfəzi və Hindistan) istiqamətlərində və əksinə, yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirilməsinə və tranzit yükdaşıma həcminin artmasına şərait yaradacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info