“Avroviziya-2017”-ni keçirmək üçün Ukraynanın pulu yoxdur
Tarix: 20.05.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Aleksandr Danelyuk: “Nə qədər gec deyil, layihədən imtina etmək lazımdır”

“Avroviziya” Mahnı Müsabiqəsi Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə televiziya müsabiqəsi kimi təqdim edilir. 1956-cı ildən başlayaraq hər il keçirilən bu müsabiqənin bütün intellektual mülkiyyət hüquqları da Avropa Yayım İttifaqına məxsusdur.
Lakin etiraf edilməlidir ki, bu mahnı yarışması son dövrlər daha çox populyarlıq qazanmaqdadır. Bunu müsabiqə izləyicilərinin ümumi sayının 100 milyon nəfərdən 800 milyon nəfərə qədər artması da sübut edir. Xatırladaq ki, mahnı müsabiqəsinin şərtlərindən biri də müsabiqənin növbəti il üçün qalib gəlmiş ölkə ərazisində keçirilməsidir. Beləliklə, növbəti il- “Avroviziya-2017” Ukraynada keçirilməlidir.
Lakin belə görünür ki, bu, hazırda iqtisadiyyatı bərbad vəziyyətdə olan Ukrayna üçün o qədər də asan başa gəlməyəcək. Bunu ilk olaraq, ölkənin maliyyə naziri Aleksandr Danelyuk etiraf etmək məcburiyyətində qalıb. O, bu barədə belə bildirib: “Nə qədər gec deyil, layihədən imtina etmək lazımdır”. Göründüyü kimi, ukraynalı nazir maliyyə çətinliyi üzündən, bu layihənin keçirilməsindən imtina edilməsini lazım bilir. "Ekonomiçeskoy pravdı" nəşrinə açıqlama verən maliyyə nazirinin sözlərinə görə, onu narahat edən əsas məsələ ölkənin hazırkı büdcəsi ilə bağlıdır: “Mən bu layihənin imkan və faydalarını nəzərə alaraq, hər şeyə ayıq başla qiymət verməyə çalışıram. Təbii ki, keçiriləcək layihə üçün əsas şərt maliyyə məsələsidir. Lakin keçiriləcək müsabiqə təşkilatçıların xərclərini ölkəyə gələn qonaq və ya tamaşaçıların kompensasiya edəcəyi də sual altındadır”. Bundan başqa, Danelyuk müsabiqənin Ukrayna üçün təxminən 1 milyard qrivenə başa gələcəyini etimal edir.
O, bu proqnozu başqa ölkələrin təcrübəsinə istinadən bildirir: “Müqayisə üçün bildirim ki, əvvəlki-Stokholmda keçirilən müsabiqə bu ölkəyə 43 milyon dollara başa gəlmişdi”.
Nəşrə verdiyi açıqlamada müsabiqəsinin tarixi barədə bəzi nüanslara toxunan maliyyə naziri musiqi yarışmasında öz hüququnun başqa dövlətə verilməsi məsələsini də dilə gətirib: “Məsələn, 1960-cı ildə Fransa dövləti belə bir hüquqdan imtina edərək, onu Böyük Britaniyaya verdi. Biz bu gün müsabiqənin keçirilməsi barədə qərar qəbul edəriksə, bunun dövlət üçün yaxşı mənada nə edəcəyini düşünməliyik”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya maliyyə nazirinin müavini Sergey Storçak “Pravda.ru”ya verdiyi açıqlamada Ukraynanın Rusiyaya olan 3 milyard dollarlıq borcunu xatırladaraq, ölkəsinin Ukraynaya bu müsabiqəni keçirmək üçün kredit verməyə hazır olmadığı barədə məlumat vermişdi. Ukraynanın mədəniyyət naziri Yevqeniy Nişuk isə mahnı müsabiqəsinin Ukraynada keçirilməsinə görə vəsaitin əldə edilməsi üçün xarici investorlara müraciət edəcəklərini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info