U-17 Avropa çempionatının finalı mayın 21-də keçiriləcək
Tarix: 20.05.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bakıda təşkil olunan “UEFA U-17” Avropa çempionatının ikinci finalçısı məlum olub. “Dalğa Arena”da Almaniya və İspaniya yığmaları qarşılaşıb. Polşalı baş hakim Bartos Frankovskinin idarə etdiyi oyunun 11-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Renat Dadaşov hesabı açıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsinin 64-cü dəqiqəsində İspaniya komandasının heyətində Abel Ruis hesabı bərabərləşdirib. Bundan 14 dəqiqə sonra ispaniyalı futbolçu Braim Dias ikinci topu rəqib qapısından keçirib. Matçın sonunadək hesab dəyişməyib. Beləliklə, rəqibinə 2:1 hesabı ilə qalib gələn İspaniya millisi “UEFA U-17” Avropa çempionatının finalına vəsiqə qazanıb. “Dalğa Arena”da keçirilən digər yarımfinal oyununda isə Portuqaliya yığması Niderlandı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlmişdi. Final oyunu mayın 21-də “8-ci kilometr” stadionunda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info