“Bu il pambıqçılıq, tütün və ipəkçilik sahələrinə daha çox diqqət ayrılacaq”
Tarix: 20.05.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgilərinin açılışı olub.
Açılışda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda istehsal olunan ərzaq məhsullarını tanıtmaq baxımından sərgilərin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin məhsulları və texnologiyaları nümayiş olunur: “Bu sərgilər vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafı üçün inamlı addımlar atılır. Sərgidə dünyanın 34 ölkəsindən 313 şirkət iştirak edir".
"İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov son illər Azərbaycanda kənd təsərrüfatı sektorunda mühüm islahatların aparıldığını, bunun sərgilərdə də öz əksini tapdığını diqqətə çatdırıb. F.Məmmədov, həmçinin bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən builki sərgi şirkətlərin sayı baxımından ötən ilkindən 11 faiz çoxdur. O, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərdiyinə görə, nazir Heydər Əsədova minnətdarlığını ifadə edib.
Sərginin ümumi ekspozisiyasında balıq, mal, qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar təqdim olunur.
Artıq bir neçə ildir keçirilən “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2016” sərgisi “qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, Belarus, BƏƏ, Türkiyə, Almaniya, Hindistan, İspaniya, İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər. Onların arasında respublikamızın qida sənayesi üzrə aparıcı şirkətlərindən "Azərsun Holdinq", "Atena", "Gilan Holdinq", "Metak" da yer alıb. Ziyarətçilər Azərbaycanın "Amoris", “Buta Group" və "Modern Group" şirkətlərinin istehsalı olan süd və şirniyyat məhsulları, içkilər, soyuducu sistemlərlə də yaxından tanış olurlar.
Sərgidə eləcə də qablaşdırma istehsalı üçün qablaşdırma maşınları və avadanlıqları, məhsulların qablaşdırılması üçün texnoloji xətlər, qablaşdırma məmulatlarının istehsalı və layihə tərtibatı (dizaynı) üzrə maşın və avadanlıqlar, qablaşdırma və tara istehsalı üçün xammal və yarımfabrikatlar, qablaşdırma materialları və hazır məmulatlar, xidmət avadanlığı, komplektləşdirici hissələr və avtomatlaşdırma vasitələri və s. nümayiş olunur.
Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribyutorlarla ikitərəfli görüşləri həyata keçiriləcək. Bu cür ikitərəfli görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.
“WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri mayın 21-dək davam edəcək.

“Azərbaycan gübrələrlə özünü 16 faiz təmin edir”

Kənd təsərrüfatı naziri Heydər Əsədov açıqlamasında bildirib ki, Azərbaycan torpaqları üçün lazım olan gübrələrin miqdarı təqribən 1 milyon ton təşkil edir. Onun sözlərinə görə, hazırda Azərbaycan həmin həcmin təqribən 16 faizini istehsal etmək vəziyyətindədir.

“Taxıl istehsalında artım gözlənilir”

Nazir onu da bildirib ki, bu il taxıl istehsalında keçən ilə nisbətən bir neçə faiz artım gözlənilir. H.Əsədov qeyd edib ki, bu il taxıl istehsalı üçün çox əlverişli ildir. Fövqəladə hallar baş verməsə, keçən ilə nisbətən artıq məhsul əldə edəcəyik: “Biz biçinə tam hazırıq, dislokasiya hazırdır, kombaynlarımız tam təmir olunub, “Aqrolizinq”in bütün heyəti artıq yerlərdədir. Prosesə başlayacağımız günü gözləyirik”.

“Səyyar kənd təsərrüfatı sərgiləri təşkil ediləcək”

Nazir bildirib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 22 bölgəsində səyyar sərgilər təşkil etməyi planlaşdırır. Onun sözlərinə görə, bu, bölgələrdə yaşayan əhaliyə Azərbaycanın və digər ölkələrin kənd təsərrüfatı sahəsində nailiyyətləri ilə yaxından tanış olmağa kömək edəcək.

İstifadə edilməyən torpaqlara görə vergi ödənilməlidir

Nazir qeyd edib ki, Azərbaycan əhalisi istifadə edilməyən torpaqlara görə vergi ödəməlidir. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların aşkar olunması üzrə monitorinqi davam etdirir: "Bu proses hələ başa çatmayıb, çünki bura bir neçə dövlət strukturı cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyindən başqa, burada İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət komitəsi də iştirak edir".
H.Əsədov qeyd edib ki, nazirlik sözügedən məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayıb: "Biz qanuna dəyişikliklər hazırlamışıq, dəyişikliklər parlament tərəfindən qəbul olunub və ümid edirəm ki, tezliklə dövlət başçısı tərəfindən təsdiq olunacaq". Nazir bildirib ki, bu il Azərbaycanın pambıqçılıq, tütün və ipəkçilik sahələrinə xüsusi diqqət göstəriləcək. Hazırda Kənd Təsərrüfatı Nazirliyi daha çox fəaliyyətini pambıqçılığın inkişaf etdirilməsi istiqamətinə yönəldib: “Aqrar sektorda sahələr inkişaf etdikcə mineral gübrələrə maraq artır. Apardığımız monitorinqlər göstərir ki, mineral gübrələr kifayət qədər deyil. Məhsul çıxışı zamanı istifadə olunmuş mineralların qaytarılması mənfi saldoya malikdir".
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info