AMEA magistratura və doktorantura sahələrində Türkiyə universitetləri ilə əməkdaşlıq edəcək
Tarix: 20.05.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Aydın Universitetinin rektoru, Avrasiya BİL Holdinq Himayədarlar Şurasının sədri, professor Mustafa Aydın ilə görüşüb.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmə və elm adamlarına yüksək dövlət dəstəyinin göstərildiyini xüsusi vurğulayaraq son illərdə Akademiyada aparılan islahatlardan ətraflı söhbət açıb. Akademik İsa Həbibbəyli cari dərs ilindən akademiyada magistratura təhsilinin yaradılması, həmçinin doktorantura sahəsindəki yeniliklərdən danışıb. Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edən akademik İsa Həbibbəyli elm istiqamətində də elmi-tədqiqat, həmçinin ali təhsil müəssisələri arasında geniş vüsət almış qarşılıqlı əməkdaşlıq əlaqələrindən söz açıb. Qardaş ölkənin ali təhsil müəssisələri ilə magistratura və doktorantura sahəsində müştərək əməkdaşlığın əhəmiyyətini nəzərə çarpdıran akademik İsa Həbibbəyli adıçəkilən istiqamətdə uğurlu nəticələr əldə olunmasının mümkünlüyünü bildirib. Türkiyənin Aydın Universitetinin rektoru, Avrasiya BİL Holdinq Himayədarlar Şurasının sədri, professor Mustafa Aydın iki dost və qardaş ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq Türkiyə universitetlərinin dünyanın bir sıra qabaqcıl dövlətlərinin elmi müəssisələri ilə birgə əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Akademiya ilə magistratura və doktorantura təhsili üzrə müştərək əlaqələrin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək başçılıq etdiyi ali təhsil müəssisəsinin və holdinqin beynəlxalq səviyyəli uğurlarından danışan professor Mustafa Aydın iki ölkənin elm və təhsil qurumlarının birgə elmi fəaliyyətinin önəmliliyini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli və professor Mustafa Aydın AMEA ilə Türkiyə universitetləri arasında elmi əməkdaşlığın perspektivlərini müzakirə edərək gələcəkdə magistratura və doktorantura sahələrində qarşılıqlı əməkdaşlıq imkanları barədə razılığa gəliblər. Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Aydın Universitetinin əməkdaşları da iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info