Aleksandr Krılov: “Ermənistan sürətlə boşalır, əhalinin sayı getdikcə azalır”
Tarix: 20.05.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ölkədə demoqrafik böhrana səbəb olub. Ermənistan sürətlə boşalır. Ölkə əhalisi işləmək üçün Rusiyaya üz tutur”.
APA-nın məlumatına görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirilən "Cənubi Qafqazın Avrasiya gələcəyi. Avrasiya İqtisadi Birliyi himayəsi altında inteqrasiya perspektivləri" adlı Moskva-İrəvan videokörpüsündə Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun elmi əməkdaşı, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti, politoloq Aleksandr Krılov bildirib. A. Krılov deyib ki, Avrasiya İqtisadi Birliyinə qoşulmağın Ermənistan üçün bir çox ziddiyyətli məqamları var: “Belə ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olduqdan sonra bu ölkə vətəndaşları üçün Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq asanlaşıb. Onlardan Rusiyada yaşamaq icazəsi və çalışmaq üçün əmək patenti almaq tələb olunmur. Nəticədə Ermənistandan Rusiyaya miqrant axını sürətlənib. Ermənistan sürətlə boşalır. Ölkə əhalisinin sayı getdikcə azalır. Bir sözlə, Avrasiya inteqrasiyasına qoşulmaq Ermənistanda demoqrafik vəziyyəti dəyişib və bundan sonra da dəyişəcək. Bu fakt isə Rusiyanın, o cümlədən Ermənistanın marağında deyil. Ermənistandakı sosial-iqtisadi problemlərin həllinə Avrasiya İqtisadi Birliyinə üzv ölkələr yardım edə bilər. Lakin bu, ilk növbədə Ermənistan siyasi rəhbərliyindən, biznes elitasından asılıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, onların yerinə bu problemləri heç kəs həll etməyəcək". Politoloq David Arutyunov isə aprel hadisələrindən sonra Ermənistanda Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinin müzakirəyə çıxarılmasına diqqəti yönəldib: "Rusiyanın münaqişə tərəflərinə silah satması Ermənistan cəmiyyəti tərəfindən kəskin tənqid olunub. Ermənistanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzvlüyünün nə qədər effektli olması sual altına düşüb. Çünki aprel hadisələrinə qədər bu planda bir çox miflər mövcud idi. Guya bu təşkilatların üzvləri arasında ideal əməkdaşlıq var. Lakin, əslində, belə deyilmiş. Bunu apreldə Dağlıq Qarabağda baş verən hadisələr sübut etdi. İkinci problem isə KTMT-yə üzvlük problemidir. Aprel hadisələri Ermənistanla bu təşkilat, o cümlədən Rusiya arasında problemin olduğunu göstərdi. Lakin bununla belə, Ermənistanın başqa çıxış yolu yoxdur. Rusiya və KTMT ilə əməkdaşlıqdan başqa alternativimiz mövcud deyil”. Digər erməni siyasi ekspert Aşot Safaryan da Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün effektiv olub-olmaması məsələsinə toxunub. O bildirib ki, KTMT və Avrasiya İqtisadi Birliyi üzv dövlətləri tam əməkdaşlığa hazır deyillər".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info