Pedro Aqramunt: “Ermənistan tərəfinin fikirlərinin mənim üçün heç bir əhəmiyyəti yoxdur”
Tarix: 20.05.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb. Pedro Aqramuntun Avropa Şurası Parlament Assambleyasının sədri kimi Azərbaycana ilk səfərini məmnuniyyətlə xatırladan Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirib, ölkəmizin nümayəndə heyətinin bu beynəlxalq qurumda fəal təmsil olunduğunu vurğulayıb
Oqtay Əsədov deyib: “Azərbaycanın Avropa Şurasında fəaliyyətinin başlıca istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasıdır. Çox təəssüf ki, bu problemlə bağlı məsələlər araşdırılarkən münaqişə tərəflərinə bərabər münasibət sərgilənirdi və bu cür münasibətin nəticəsi olaraq aprelin əvvəlində Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribat törətdi. Qoşunların təmas xəttində gedən döyüşlərin genişmiqyaslı müharibəyə keçmək ehtimalı var idi. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olan Azərbaycan birtərəfli atəşkəs elan etdi”. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu vurğulayan Milli Məclisin sədri Vyana görüşü barədə məlumat verərək deyib: “Siz düzgün söyləmisiniz ki, bu münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Biz bu sözləri AŞPA-nın ədalətli mövqeyi kimi qəbul edirik. Bütün beynəlxalq təşkilatlar artıq anlayıblar ki, status-kvo uzun müddət davam edə bilməz, münaqişə tezliklə həll olunmasa, yeni təxribatlara gətirib çıxaracaq”. Pedro Aqramunt deyib: “AŞPA-nın və şəxsən mənim mövqeyim belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu mövqeyimə görə Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Lakin bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm”. AŞPA-nın sədri Azərbaycan Prezidenti İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamını, dövlət başçısının əfv fərmanı nəticəsində 148 məhbusun azadlığa buraxılmasını, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə parlamentə müraciət etməsini yüksək qiymətləndirib. Milli Məclisin sədri dünən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərindən danışaraq iki ölkənin parlamentariləri arasında konstruktiv dialoq aparıldığını, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib. O, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın davam etdiriləcəyini bildirib. Mahaçqalada görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidəsinin ucaldılmasını mühüm hadisə adlandıran V.Matviyenko onun Azərbaycan və Dağıstan xalqları qarşısında xidmətlərindən danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rusiyalı siyasətçi ölkəsinin bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info