DTX rəisi xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
Tarix: 20.05.2016 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Mayın 19-da Minskdə MDB-nin iştirakçı olan dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidiyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunublar.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev iclasda “Terrorçuluğun və ekstremizmin təzahürlərinə qarşı əməkdaşlığın fəallaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində dövlətimiz təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan yeni yaradılmış DTX təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir. Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi “Əl-Qaidə”, “İŞİD” və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə olunan qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışının sonunda iclas çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
İclasda transmilli mütəşəkkil cinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi, o cümlədən dünyadakı geosiyasi şəraitin inkişafının Mərkəzi Asiya regionuna təsiri, MDB iştirakçı dövlətlərin terrorçuluğun və ekstremizmin digər zorakı təzahürlərinə qarşı 2014-2016-cı illər üçün tərəfdaşlıq Proqramının icra vəziyyəti, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqın aparılması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bununla yanaşı, SORB yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, MDB-nin Antiterror mərkəzinin fəaliyyətinin, həmçinin MDB iştirakçı dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının birləşmiş məlumat bankının Əlaqələndirmə Şurasının və Texniki komitəsinin iclasının yekunları və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunub. MDB-nin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info