Nazir: “Regionlarda turizm infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir”
Tarix: 20.05.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Mədəniyyət və turizm naziri Əblüfəs Qarayev Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib. Nazir turizm sahəsinin inkişafını prioritet hesab edən Prezident İlham Əliyevin tələb və tapşırıqlarına uyğun olaraq ölkədə davamlı tədbirlər həyata keçirildiyini bildirib. Ə.Qarayev deyib ki, ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.
Nazir, həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və Birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirib. O, həmçinin hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olduğunu və bu prosesin davam etdirildiyini vurğulayıb.
Ə.Qarayev ölkəmizdə turizmin inkişafına Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə böyük töhfə verdiyini qeyd edib.Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyən nazir Ə.Qarayev kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib.
Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov bildirib ki, hazırda kollecdə 12 ixtisas üzrə 1823 nəfər tələbə təhsil alır: "Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Artıq 10 ildir ki, təhsil ocağında turizm və onun təşkili, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai sinif müəllimliyi, mühasibat uçotu, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti, reklam işi, muzey işi və abidələrin mühafizəsi, dizayn, nəqliyyatda daşınmaların təşkili, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə kadrlar hazırlanır. Ötən 10 il ərzində kollecin 5 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar. Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın artması nəzərə alınaraq növbəti tədris ilində kollecdə yeni ixtisasların açılması planlaşdırılır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info