“Demoqrafik inkişaf hökumətin gündəliyində mühüm yer tutur”
Tarix: 20.05.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Demoqrafik proqnozların hazırlanmasına həsr olunmuş
"Məlumat mübadiləsi saatı" keçirilib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə demoqrafiya sahəsində əhali üzrə proqnozların hazırlanması ilə bağlı "Məlumat mübadiləsi saatı" keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının, BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, beynəlxalq ekspertlər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhali sakinliyi və demoqrafik inkişaf məsələsinin Azərbaycan hökumətinin gündəliyində mühüm yer tutduğunu qeyd edib. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə dinamik tərəqqini təmin etməklə yanaşı, ölkəmizdə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzanmasına, müsbət miqrasiya saldosuna və s. imkan yaradıb. M.Kərimli Azərbaycanda demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində formalaşdırıldığını və həyata keçirildiyini, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işlərində də bu əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.
BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafik proseslərin sabit şəraitdə davam etməsi üçün məqsədyönlü siyasətin aparılmasında demoqrafik proqnozların hazırlanmasının əhəmiyyətindən bəhs edib. O, bununla əlaqədar ekspertlər arasında qarşılıqlı məlumat mübadiləsinə imkan verən belə tədbirlərin də önəmli olduğunu bildirib.
Tədbirdə demoqrafiya sahəsi üzrə beynəlxalq ekspert, Çexiyanın Karlov Universitetinin professoru Tomaş Kuçera demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə Avropa təcrübəsi barədə məlumat verib. Daha sonra Azərbaycan və dünya əhalisinin say, cins, yaş tərkibi baxımından demoqrafik inkişaf proqnozları müqayisəli formada təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info