“Avrozona iqtisadi baxımdan can verir”
Tarix: 20.05.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Larry Elliott:Brekzit ölməkdə olan avrozonaya ən yaxşı
cavab ola bilər”


“Brekzit ölməkdə olan avrozonaya ən yaxşı cavab ola bilər”. “The Guardian”da belə bir başlıqlı məqalə ilə çıxış edən “Avropa işləmir” adlı əsərin həmmüəllifi (digər müəllif Dan Atkinsondur – İ.A.) Larry Elliott qeyd edir ki, avrozonaya qoşulan ölkələr avroya adaptasiya olunanda, önəmli dərəcədə iqtisadi gücdən imtina ediblər: “Amma onlar hər biri öz vergilərini yüksəltmək və xərcləri ilə bağlı qərarları qəbul etmək hüquqlarını saxlayıblar. Britaniya bu baxımdan istisna təşkil edir, çünki avro ilə işləmir. Biz buna görə əslində minnətdar olmalıyıq. Amma gəlin dəqiq olaq: Avropa Birliyində(İ.A.) qalmaq valyuta zonasına ilişmiş və irəli-geri hərəkət edə bilməyən vaqon kimi bir şeydir, nəticədə bununla bağlı mübarizə aparmaq lazım gəlir”.
Ekspert bildirir ki, avrozonanın böhranı təkcə Yunanıstan kimi ölkələrin dərin iqtisadi böhranı ilə bitmir: “Bu, həm də iqtisadiyyatı Yunanıstandan azacıq böyük olan və vahid valyuta tətbiq olunan İtaliya ilə bağlıdır. Həmçinin buraya Britaniya və ABŞ-la müqayisədə işsizlik səviyyəsi iki dəfə çox olan Fransa da əlavə edilməlidir. Bundan başqa, Avropada texniki hazırlıq baxımından ən öncül ölkələrdən olan və iqtisadiyyatı maliyyə böhranından sonra 7 faiz aşağı düşmüş Finlandiya da bura əlavə edilməlidir. Hətta, ixrac bumu və yüksək korporasiya gəlirləri işçilərə aşağı inflyasiya şəraitində “maaş artımı” kimi ödənilən Almaniya da bura aiddir”.


“Bankirlərin maraqları işçilərin maraqlarından daha prioritet sayılır”


Yazıda o da qeyd edilir ki, avrozonada iqtisadi siyasət durmadan deflyasiyaya uğrayıb: “Bankirlərin maraqları işçilərin maraqlarından daha prioritet sayılır”. Bundan başqa bildirilir ki, Yunanıstan, İrlandiya, Portuqaliya, Kipr və İspaniya “qitə miqyaslı neoliberal eksperiment”də “laboratoriya siçanları” rolunu oynayıblar və bu baxımdan təcrübə obyekti kimi istifadə olunublar: “Rəva olmayan uzunmüddətli işsizlik səviyyəsinə yenilən Avropa ideyası, əmək haqlarının qoruyucusu roluna iddia etməklə, gülünc görünür. Bu baxımdan ABŞ-la Avropa arasında məsafə qısalmayıb, daha da genişlənib. Bu məsafə fərqinin genişlənməsi, vahid valyutanın tətbiqindən başlayaraq, özünü göstərməkdədir”.



“Yunanıstan, İrlandiya, Portuqaliya, Kipr və İspaniya “qitə miqyaslı neoliberal eksperiment”də “laboratoriya siçanları” rolunu oynayıblar və bu baxımdan təcrübə obyekti kimi istifadə olunublar”


Buna görə də Avropada sağ və sol populist partiyalar dəstək qazanmaqdadırlar: “Ötən il AB-dən çıxma təhlükəsi Yunanıstanla bağlı idi, bu il Britaniya ilə bağlıdır. Gələn il bu təhdid daha başqaları ilə bağlı ola bilər: Məsələn, İtaliya ola bilsin ki, vahid valyutadan imtina edəcək, yaxud Parin Le Penin Fransa prezidentliyinə iddiası qalxacaq və sair. Bütün bunlar göstərir ki, daha fərqli Avropaya ehtiyac var. Avrozona iqtisadi baxımdan can verir. Buna nümayişkaranə şəkildə uğursuzluğa düçar olmuş siyasətlə müqavimət göstərməksə demokratiyaya biganəlikdir. Bu, kiçik, özünü əbədiləşdirən elitadan yana olmaq və ölümü yavaşıtmaq deməkdir”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Nigeriyada silahlılar 37 nəfəri öldürüb
21.07.2019
Dunay çayı antibiotiklərlə çirkləndirilib
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info