Səbail məktəblilərinin Sağlamlıq Forumu keçirildi
Tarix: 20.05.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi bu gün Səbail rayonunda növbəti “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi forumda yüzlərlə Səbail məktəblisi iştirak edib. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun rəsmi açılışı zamanı sağlam cəmiyyətin qurulmasında sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini qeyd edərək , bu işdə hər bir şəxsin vətəndaş məsuliyyəti olduğunu bildirmişdir. O, məktəblilərin fiziki və düşüncə olaraq sağlam inkluziv cəmiyyətdə əlilliyi olan şəxslər ilə birgə təhsilin tövhəsindən danışaraq,
bu təhsil vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla, ailə həyatına hazırlanmasını təmin etməklə sağlam cəmiyyət qurmağın mümkünlüyünü qeyd edib.
Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov çıxış edərək, bu Forumda Səbail rayonunun bütün məktəblərinin iştirakının önəmindən danışaraq, bu işlər mütəmadi davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Rəsmi açılış bitdikdən sonra, Forumda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspertlərinin məruzələri dinlənilmişdir. Forumda narkomaniya,tütün və zərərli vərdişlər,məişət zorakılığı haqqında təqdimatlar keçirilib, məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılıb.
Forum çərçivəsində, məktəblilərə sağlamlığın qorunmasına dair maarifləndirici materiallar paylanmış, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sabah məktəblilərin tibbi müayinələri təşkil olunacaq.
Qeyd edək ki, forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçirilir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info