«Pentaqonun 800 min dövlət qulluqçusunun ixtisar edilməsi gözlənilir»
Tarix: 04.03.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


«Yüz minlərlə dövlət qulluqçusu ixtisar edilir, hərbi gəmilərə xidmət dayandırılır, məhbuslar həbsxanadan azad edilir»
Yüz minlərlə dövlət qulluqçusu, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları işdən qovulacaq, bir çox hərbi gəmilərə xidmət dayandırılacaq, məhbuslar həbsxanadan azad ediləcək-çünki onları saxlamağa vəsait yoxdur.
Bu tədbirlər ABŞ Administrasiyası ilə Konqres arasında dalana dirənmiş danışıqların məntiqi nəticəsi olaraq həyata keçiriləcək. «Novosti NK» xəbər verir ki, ABŞ-da yaxın 10 il ərzində 1,2 trilyon dollara, cari maliyyə ilinin sonunda isə 85 milyard dollara qənaət edilməsi proseduru başlayıb. «RİA-Novosti» xəbər verir ki, büdcəyə qənaət edilməsi ilə bağlı danışıqlar 2011-ci ildən başlanıb. Böhran vəziyyətinin yaranmasından qaçmaq üçün dövlət xərclərində balans yaratmaq və vergi sistemində islahatlar aparmaq lazım idi ki, bu, baş tutmadı. Ötən həftənin sonunda hakimiyyət nümayəndələrinin konqresmenlərlə keçirdiyi görüşdə razılıq əldə edilmədi. Prezident Obama uğursuzluğa görə, 1 milyondan çox gəliri olan vətəndaşlara əlavə vergi tətbiq edilməsinə qarşı çıxan respublikaçıları ittiham edib. Obamanın sözlərinə görə, respublikaçılar büdcənin ixtisarına etiraz etmirlər, amma varlı vətəndaşlar və şirkətlərə tətbiq ediləcək vergiyə qarşı çıxırlar. Nəticədə Obama büdcənin avtomatik ixtisarı ilə bağlı qərar imzalayıb. Həmin qərara əsasən, büdcənin xərclər bölməsində 85 milyard dollar ixtisar ediləcək və bunun da 50 milyard dolları güc strukturlarının hesabına olacaq. ABŞ Administrasiyasının və Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ixtisarlar iqtisadiyyatın artım tempini minimum 0,6 faiz azaldaraq ona «güclü zərbə vuracaq» və bu zərbənin təsiri isə bütün dünyada hiss olunacaq. Obama Konqresi ittiham edərək bildirib ki, respublikaçılar razılıq versəydilər, vəziyyət daha yaxşı ola bilərdi: «Apokalipsis baş verməyəcək, amma ölkə iqtisadiyyatına ciddi zərbə olacaq». Büdcənin avtomatik ixtisarı 750 min iş yerinin itirilməsinə səbəb olacaq. Əsas zərbə isə güc strukturlarına və kiçik biznesə dəyəcək. Təkcə Vaşinqtonda Müdafiə Nazirliyinin 13 mindən çox mülki işçisi öz hesablarına məzuniyyətə göndəriləcək, Virciniyada isə belə durumda olan əməkdaşların sayı 90 min nəfərdir. Ən böyük zərbə Pentaqona dəyəcək-Müdafiə Nazirliyinin büdcəsini 46 milyard dollar ixtisar gözləyir. Yeni müdafiə naziri Heygel bildirib ki, bu ixtisarlar qarşıya qoyulan vəzifələrin tam icrasına mane olacaq. Pentaqonun 800 min dövlət qulluqçusunun ixtisar edilməsi gözlənilir. Bu rəqəmin Obamanın açıqladığı rəqəmə daxil olub-olmaması bəlli deyil. Hakimiyyət Virciniyada lövbər salan 11 hərbi gəmiyə xidməti dayandıracaq. Həmin ştatda yerləşən Hərbi Hava Qüvvələri və Quru Qoşunlarında aparılacaq ixtisarlar 150 milyon dollara qənaət edilməsinə şərait yaradacaq. İxtisarlar fiziki qüsuru olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsil proqramını da əhatə edəcək. İxtisarlar hələlik pensiya və tibbi sığortaya şamil edilməyəcək. Obama vəd edib ki, avtomatik ixtisarların iqtisadiyyata ciddi zərbə vurmaması üçün mümkün olan hər şeyi edəcək. İxtisar federal büdcənin hesabına həbsxanada saxlanılan qeyri-leqal miqrantların azad edilməsinə səbəb olacaq. Deportasiya ediləcək 2 mindən çox miqrant artıq həbsxanadan buraxılıb. Ay ərzində daha 3 min miqrantın azad edilməsi gözlənilir. Hesablamalara görə, bir miqrantın həbsxanada saxlanma xərci bir gün üçün 164 dollar təşkil edir. ABŞ həbsxanalarında deportasiya olunmağı gözləyən 30 min miqrant var. Dövlət rəsmiləri cinayət məsuliyyəti daşımayan miqrantları həbsdən azad etdiklərini iddia edirlər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info