Bakıda Vışeqrad qrupunun 25 illiyi qeyd olunub
Tarix: 20.05.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bakıda Vışeqrad qrupunun yaradılmasının 25 illiyi ilə bağlı konfrans keçirilib.
Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka bildirib ki, dünya hazırda dini, siyasi, milli zəmində toqquşmalara şahidlik edir. O deyib ki, 25 il əvvəl Vışeqrad qrupunun yaradılması ilə qarşılıqlı əməkdaşlığın nə qədər mühüm əhəmiyyətə malik olduğu müəyyənləşib: “Bu, bizim uğurumuzdur və bununla deyə bilərik ki, əməkdaşlıq insanları, millətləri birləşdirə bilər”.  
Səfir qeyd edib ki, bu əməkdaşlıq qrupu Avropa İttifaqının dəstəyi ilə öz işini davam etdirir. 
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski isə tədbirin təşkilinə görə təşəkkürünü bildirib və Azərbaycanın qarşıdan gələn müstəqillik günü ilə bağlı təbriklərini çatdırıb.
Daha sonra çıxış edən Avropa İttifaqını Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Vışeqrad qrupu ölkələrini 25 illik uğurlu fəaliyyətə görə təbrik edib. Müasir dövrdə güclü əməkdaşlıqlara ehtiyac olduğunu deyən M. Mardın fikrincə, Vışegrad qrupu bu əməkdaşlığın əla nümunəsidir: “Güclü regional əməkdaşlıq güclü Avropa İttifaqı deməkdir”. 
Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev də Vışqerad ölkələrini bu günə qədər əldə edilmiş nailiyyətlərə görə təbrik edib. 
 Daha sonra konfrans ekspertlərin Vışeqrad qrupu ilə bağlı təqdimatı və iştirakçılar arasında fikir mübadiləsi aparılaraq davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info