Nəsimi rayonunda iki küçənin təmirinə başlanılıb
Tarix: 20.05.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Azəravtoyol" ASC tərəfindən Bakı şəhərinin Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb.ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işlərinin aparıldığı yer Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Kaveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir.Məlumata əsasən, Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir. Burada təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq, asfaltlanacaq. Ümumilikdə yol kənarlarına 1100 poqonmetr yeni səki daşı düzüləcək.Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınacaq. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.Analoji işlər Süleyman Rüstəm küçəsinin Kaveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsində də aparılır. Bu yol hissəsinin uzunluğu 950 metr, eni isə 9 metrdir. Yol boyu 1800 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənir, mövcud səkilər bərpa olunur. Həmçinin küçənin 9 min kvadratmetr sahəsində köhnə asfalt-beton örtüyünün üst qatı tamamilə yenilənəcək.Aparılan işlər zamanı mövcud yeraltı kommunikasiya xətləri yenilənir, yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınır.Hər iki küçədə işlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.Təmir-bərpa işləri ilə əlaqədar küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info