“Kitab hədiyyə et” aksiyası
Tarix: 20.05.2016 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


“LAYF” Xeyriyyə İctimai Birliyi “Kitab hədiyyə et” aksiyasına start verir. Aksiya ölkədə vətəndaş birliyi nümayiş etdirərək, insanların maariflənməsinə diqqət və qayğının artırılmasına hədəflənib. “Kitab hədiyyə et” aksiyasının keçirilməsində məqsəd istifadəyə yararlı bədii kitabların və dərs vəsaitlərinin toplanıb, mütaliə çeşidi və kitab ehtiyatı az olan bölgə, qəsəbə və kənd kitabxanalarına, əsasən də cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın kitab ehtiyacının ödənilməsinə yardımçı olmaqdır. Bu haqda məlumat verən “LAYF” İB-nin sədri Emil Vəliyevin sözlərinə görə, aksiya çərçivəsində insanların könüllü surətdə hədiyyə etdiyi kitabların ehtiyac sahiblərinə çatdırılmasında vasitəçiliyi İctimai Birlik öz üzərinə götürüb: “Hədiyyə edilən kitabları vətəndaşlarımızın adından bölgə kitabxanalarına çatdıraraq, bölgələrimizdə kitabxanaların kitab bazasını zənginləşdirmiş olacağıq. Bununla da, bölgələrimizdə yaşayan vətəndaşlarımızın kitablardan rahatlıqla istifadə edə bilməsini təmin edəcəyik”. Onun sözlərinə görə, kitab hədiyyə edən vətəndaşlarımız bununla insanların dünyagörüşünün artmasına, maariflənməsinə, hərbi-vətənpərvərliyə, orduya, özünüinkişafa, gənclərin bədii ədəbiyyata və təhsilə marağının artmasına yardımçı olacaqlar.
Hədiyyə olunacaq kitablar aşağıdakı şərtləri ödəməlidir:
İstifadəyə yararlı;
Latın qrafikalı;
Faydalı və gənclərin inkişafına kömək edəcək kitablar;
Kitabın arxa üz qabığında kitabı hədiyyə edənin adı, soyadı və ata adı qeyd olunmalıdır. Bu şərtlərə uyğun gələn kitablarınızı hədiyyə etmək istəyirsinizsə, aksiyamıza qoşula bilərsiniz. Qeyd edək ki, aksiya müddətsizdir.
Kitabların ehtiyac sahiblərinə və kitabxanalara çatdırılmasında bölgədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları da iştirak edə bilərlər.
Xatırladaq ki, aksiya “LAYF” Xeyriyyə İctimai Birliyinin vətəndaş birliyinə hədəflənmiş növbəti tədbiridir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info