“Arazbarı“ sənədli filminin təqdimat mərasimi keçirilib 
Tarix: 20.05.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Bu gün sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə, ifası Bəyimxanım Vəliyevaya və Ehtiram Hüseynova, qiraəti İlham Əsgərova aid olan "Arazbarı" sənədli filminin təqdimat mərasimi keçirilib.Trend-in məlumatına görə, filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır. Layihənin rəhbəri Əflatun Amaşovdur.Əvvəlcə film tədbir iştirakçılarına təqdim edilib. Sənədli filmdə eyniadlı "Arazbarı" mahnısı da səsləndirilib.Daha sonra filmin təqdimat mərasimində çıxış edən Ə.Amaşov bildirib ki, bu film çoxşaxəlidir: "Bu bizim tariximizdir. Bu film musiqi, tarix, coğrafi ərazi baxımından tariximizi özündə əks etdirir. "Arazbarı" bizim üçün Vətən simvoludur. "Arazbarı" harada yaşamasından asılı olmayaraq, dünyadakı azərbaycanlıları birləşdirən bir simvoldur. "Arazbarı" bizim üçün "Şur" ailəsinə daxil olan muğamdır. Bu muğamı bir çox korifeylər ifa edib. Nə qədər Azərbaycan xalqı varsa, Azərbaycan musiqisi səslənəcək, muğam da qorunacaq. Filmin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib".
Bəstəkar T.Əkbər deyib ki, bu əsər onun yaradıcılığının bir mərhələsi də sayıla bilər.Onun sözlərinə görə, musiqinin sözləri çox təsirlidir və Azərbaycan tarixinə aiddir: "Musiqi və sözün vəhdəti önəmlidir. Sona xanım çox sağ olsun ki, bu əsəri tərəddüd etmədən mənə həvalə etdi. İlham Əsgərov da bu əsərdə çox möhtəşəm çıxış edib. Bu əsər böyük bir nailiyyətdir. Bunu Sona Vəliyevanın da yaradıcılığının bir mərhələsi saymaq olar. Vaxt keçəcək, bizim bölünmüş torpaqlarımız geri qayıdacaq, amma bu əsər bizim tariximizdir. İnanıram ki, bu əsər yaşayacaq və bizim üçün sabaha inam yaradacaq".Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan xalqında vətənpərvərlik hissi hər zaman olub və yenə də var: "Azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törədilib, ərazi bütövlüyü pozulub. Amma biz törədilən qırğınlar barədə nə qədər çox müzakirələr aparırıqsa, özümüzü də bir o qədər yüksəkdə hiss edirik. Belə əsərlərə bizim çox ehtiyacımız var. Bizim musiqimiz elə-belə yaranmayıb. "Arazbarı"nın da yaranmasının dərin kökləri var".Musiqinin ifaçısı Bəyimxanım Vəliyeva "Arazbarı"nı ifa etməkdən çox məmnundur: "Mən buna mahnı demək istəməzdim. "Arazbarı" bir əsərdir. Onun mövzusu da sadə deyildi, çox ağır mövzusu vardı. Bu bizim tariximizdir. İnanıram ki, torpaqlarımız yaxın zamanlarda geri qayıdacaq".Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev isə bildirib ki, "Arazbarı" fundamental əsərdir. Bu əsərə görə filmi ərsəyə gətirənlərə təşəkkür edən U.Mirzəyev deyib ki, bu cür mövzulara daha çox müraciət edilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info