Xələf Xələfov: “Status-kvo”nun saxlanması qəbuledilməz”
Tarix: 20.05.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotiqa ilə görüşüb. 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa Parlamentivə digər Avropa təsisatları arasında əməkdaşlığın hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətdə aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, demokratiya və insan haqlarının təminatının inkişafına töhfə verən layihələrin icrası, eləcə də Prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanları haqqında geniş məlumat verən X. Xələfov Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin qarşıya qoyduğu prioritetləri, iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, hərbi və müdafiə qabiliyyəti haqqında danışan nazir müavini regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rolu təfsilatı ilə izah edib. 
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlara toxunan X. Xələfov “status-kvo”nun saxlanmasının qəbuledilməz olmasını Ermənistandan başqa bütün tərəflərin etiraf etdiyini qeyd edib və bu xüsusda Avropa İttifaqının bəyanatlarını xatırlayıb.
 A. Fotiqa isə sədri olduğu alt komitədə bu yaxınlarda Azərbaycana dair təqdimatın keçirildiyini, Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində atılan addımların təqdir edildiyini və ölkəmizin terrorizmə qarşı mübarizədə səylərinin yüksək qiymətləndirildiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətin vəziyyətini başa düşdüklərini, onların öz doğma yurdlarına geri dönmə arzularının haqlı olduğunu bildirib və bu məsələnin onun tərəfindən hər zaman parlament və digər səviyyələrdə qaldırılacağını qeyd edib.
 
X. Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsi və artırılmasının vacibliyini önə çəkib və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək həllinə alternativin olmadığını qonağın diqqətinə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info