“İqtidar səmərəli işlədikdə müxalifətin hakimiyyətə gəlmək şansı olmur”
Tarix: 04.03.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Aydın Mirzəzadə: “Təkcə Yeni Azərbaycan Partiyasının üzvləri deyil, eyni zamanda cəmiyyətin bitərəf olan böyük əksəriyyəti də gələcəyə olan inamını indiki iqtidarla bağlayır”

Müxalifətin hazırkı duruma düşməsi ilə bağlı bir neçə məqama diqqət yetirmək maraq kəsb edir. Analitiklər və ekspertlər bu məsələ ilə bağlı bir neçə faktoru xüsusilə önə çəkməyə üstünlük verirlər. Bu faktorlar içərisində müxalifətdə maraqlar toqquşması, müxalifətin dünyaya, siyasi proseslərə ənənəvi, yarıtmaz baxışı, bir-birilərinə qarşı hədsiz inamsızlıq və şəxsi mənafelərin hər şeydən üstün tutulması kimi məsələlər var.

Həmçinin bu prinsiplərin bu gün - prezident seçkiləri ərəfəsində də özünü qabarıq göstərməsi nəticəsində müxalifət düşərgəsi bir-birinə qarşı durmuş çoxlu sayda namizədlər, “birliklər”, bloklar, sosial bazasızlıqla üz-üzə qalıb. Bu azmış kimi, müxalifətdəki namizədlərin sayı durmadan artır. Məsələn, İsa Qəmbərin, Sabir Rüstəmxanlının və digərlərinin də daxil olduğu 10 nəfərdən artıq müxalif namizədin ardınca AXCP sədri Əli Kərimlinin də seçkidə namizədliyini irəli sürəcəyi gözlənilir. Belə bir halda bu namizədlərin real və faktiki olaraq bir-biriləri ilə rəqabətdə olduqları və bir-birilərinin “səsini” yeyəcəkləri qaçılmazdır. Bu baxımdan onlar hər addımda bir-birilərinə qarşı kampaniyanı, kompromat savaşını gücləndirəcəklər. Beləliklə, müxalifətin köhnə prinsipləri dəyişmədiyi kimi, namizədləri də dəyişmir. Ənənəvi müxalifətin ənənəvi namizədləri olacaq ki, bu da ənənəvi məğlubiyyətdir.
Politoloq, millət vəkili Aydın Mirzəzadə bu barədə bizə açıqlamasında bildirdi ki, Azərbaycan demokratik ölkədir və burada bütün siyasi qüvvələrin, müxalifətin sərbəst fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Siyasi baxımdan fərqli fikirlərin sərbəst şəkildə yayılması təmin edilib: “Cəmiyyətdə istənilən məsələyə dair dövlət mövqeyi ilə yanaşı digər mövqelər də kifayət qədər açıq şəkildə ifadə edilir. Eyni zamanda 1993-cü ildən bəri Azərbaycanda hakimiyyətdə bir siyasi qüvvədir. Builki prezident seçkilərində də Prezident İlham Əliyevin seçiləcəyi şübhə doğurmur. Hakimiyyətdəki siyasi qüvvəyə müxalif olan qüvvələrin uğursuzluqlarının isə başlıca bir səbəbi var. Bu, birinci növbədə iqtidarın öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirməsi ilə bağlıdır. Bir qayda olaraq orada müxalifət güclü olur ki, iqtidar üzərinə düşən vəzifəni yerinə yetirə bilmir, cəmiyyətin ona yönəltdiyi etimadı doğrulda bilmir, sosial bazası zəifləyir və nəticə olaraq müxalifət həmin ölkələrdə qalib gəlir. Əvvəl Prezident Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanda insan hüquqlarının qorunmasına, sosial rifahın yaxşılaşmasına, iqtisadi qüdrətə, dünya birliyində beynəlxalq nüfuzun güclənməsinə səbəb olub. Belə olan halda, təkcə Yeni Azərbaycan Partiyasının üzvləri deyil, eyni zamanda cəmiyyətin bitərəf olan böyük əksəriyyəti də gələcəyə olan inamını indiki iqtidarla bağlayır. Cəmiyyət belə bir halda müxalifətə sosial dəstək vermir və onun bazası genişlənmir. Siyasətin qızıl qanunu var. İqtidar səmərəli işlədikdə müxalifətin hakimiyyətə gəlmək şansı olmur”.
Eyni zamanda indiki müxalif düşərgədə çoxsaylı parçalanma şəxsi iddialarla çox sıx surətdə bağlıdır. Politoloq deyir: “Müxtəlif müxalif qrupların rəhbərləri bu gün cəmiyyətdə səmərəli fəaliyyətlə məşğul olmaq iqtidarında deyillər. Onlardan hər biri partiya liderliyindən getdiyi təqdirdə də hər hansı bir sahədə uğur qazanacaqları heç də inandırıcı görünmür. Bu baxımdan onlar “liderlik” postunu saxlamaqdan yapışıblar və gənclərin, yeni liderlərin ortaya çıxmasında maraqlı deyillər. Buna görə də diqqəti gah iqtidara, gah da digər məsələlərə yönəldərək özlərinin bu sərt tənqid oluna biləcək mövqelərindən yayındırmağa çalışırlar”.
Müxalif siyasi qüvvələrin özləri də kiçik bir sosial bazaya yönəldiklərinə görə hər bir partiya başçısı bu kiçik bazanı öz tərəfinə çəkməyə çalışır: “Heç də təsadüfi deyil ki, müxalif qəzetlərin sevimli mövzularından biri də bu və ya digər müxalif partiyanın kiçik bir sayda olan üzvləri və ya rayon təşkilatının digər partiyanın sıralarına keçməsi ilə bağlı xəbərlərdir. Müxalifətdəki partiyalar bu cür lokal məsələləri özlərinin ən böyük uğurları kimi qələmə verməklə bir-birilərinə qarşı “elektorat” savaşı aparır. Ümidləri buna qalıb. Bu cür kiçik sevinclər onların siyasətdə yeganə uğurları sayıla bilər. Eyni zamanda müxalif başçıların 20 il bundan əvvəlki düçüncələri ilə indiki düşüncələri, siyasi proseslərə baxışları arasında heç bir fərq yoxdur. Onların modernləşməyə və yeniləşməyə maraqları yoxdur və müşahidə edilmir. Bu da onların uğursuzluqlarının əsas göstəricilərindən biridir. Bu gün iqtidarı kor-koranə tənqid etməyin özü belə, nəinki tərəfdarlarınını sayını artırır, əksinə onların olan-qalan tərəfdarlarının da itirilməsinə səbəb olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info