Türkiyədə millət vəkili toxunulmazlığı ləğv edilib
Tarix: 20.05.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib. 
2 maddəlik dəyişiklik təklifi bu gün parlamentdə səsverməyə çıxarılıb. Keçirilən gizli səsvermə nəticəsində 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Sonra prosedura uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. Yekun səsvermədə Konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib. Konstitusiya dəyişikliyi üçün üçdə iki səs çoxluğu - 367 səs lazım olduğundan, dəyişikliklər referenduma ehtiyac qalmadan qəbul olunmuş sayılıb.  
Dəyişikliklər prezidentin imzası və “Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək. 
Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. 
Yaxın günlərdə PKK terror təşkilatının siyasi qolu sayılan HDP-nin (Xalqların Demokratiya Partiyası) bəzi millət vəkillərinin istintaqa cəlb olunacaqları gözlənilir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info