Marina Stepanyan: “Yoxsulluqdan biçarə haldayıq”
Tarix: 20.05.2016 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Uşağın üzünə baxmağa utanıram. Axı, mən ağlı kəsməyən uşağa evdə konfetin olmamasını necə başa salım?”

“Mağazadan iki yumurta alıb onları qatığa qarışdıraraq uşaqları aldadıb yoqurt adı ilə onlara yedirdim. Konfet istəyərək ağlayan iki yaşlı oğlum Samveli ağacdan dərdiyim kal gavalı ilə ovutmaq istədim. Uşaq təəccüb dolu baxışlarla kal gavalıları ağzına aparsa da, üzünü turşudub tulladı. Bəzən gecələr Samvel məndən konfet istəyir. Belə hallarda mən uşağın üzünə baxmağa utanıram. Axı, mən ağlı kəsməyən uşağa evdə konfetin olmamasını necə başa salım?”.
Bu sözlər iki yaşlı Samvelin nənəsi Marina Stepanyanın etirafıdır. Bu etiraflar Ermənistan əhalisinin nə qədər acınacaqlı halda yaşadığını təsdiqləyir. “Hetq.am” saytı yazır ki, Stepanyanlar ailəsi dörd nəfərdən ibarətdir: uşaq, onun valideynləri və nənə. Onlar Vayosodzor mahalının Qladzor kəndində yaşayırlar. Ailədə yeganə işləyən Samvelin atası- 26 yaşlı Aykdır. O, Eheqnadzorda avtomobillərin yuyulması işləri ilə məşğuldur. Nənənin sözlərinə görə, Aykın işi günəmuzddur. Əgər gün ərzində iş olarsa, oğlu evə 1000 və ya 2000 dram pul gətirə bilir- iş yoxdursa, deməli, axşam yeməyinə ümid bəsləməyə dəyməz. Marina Stepanyana görə, nəvəsinə ötən ilə qədər az da olsa, süd almaq imkanları var idi. Lakin son vaxtlar kənddəki mağaza da onlara nisyə mal verməkdən imtina etməyə başlayıb. Nənənin sözlərinə görə, mağaza sahibini də qinamalı deyil, o da köhnə borclarını istəyir. Ona görə də Samvelin atası son günlər ev üçün ərzağı Eheqnadzordan almağa başlayıb. Bunun da nə vaxta qədər davam edəcəyi sual altındadır. 8-9 il əvvəlki yaşayış tərzini xatırladan Marinanın üzündəki ifadə dərhal dəyişir: “Həmin illər həyat yoldaşım Rusiyada işləyirdi. Hər ay sabit olaraq bizə pul göndərirdi. Sonralar hər şey pisliyə doğru dəyişməyə başladı. Həyat yoldaşımın səhhətində problemlər üzə çıxdı, o, Rusiyadakı işini də itirdi. Həmin dövrdən ağır günlərimiz başlayıb”. Nənənin sözlərinə görə, borc içində çabalayan ailəyə başqa bir problemi dövlət yaratmaqdadır. Belə ki, evin yeganə çörək gətirəni -Aykı müqavilə ilə hərbi xidmətə çağırırlar: “Axı, o, ailənin yeganə ümididir. Hələ banka olan borclarımızı demirəm. Bir neçə il bundan əvvəl kiçik təsərrüfat yaratmaq məqsədilə bankdan 700 min dram kredit götürdük. Lakin krediti ödəmək imkanımız olmadığı üçün hazırda həmin borc 3 milyon dramı keçib. Bankdan hər gün zəng edirlər. Yoxsulluqdan lap biçarə haldayıq”. İşləmək istədiyini bildirən nənə buna səhhətinin imkan vermədiyini bildirir: “Hər il mövsümü işlərdə çalışmağa, bununla az da olsa ailəyə kömək etməyə cəhd edirəm. Lakin son illər səhhətimdə üzə çıxan zəhərli zob işləməyə imkan vermir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info