“Bakını gümüş medalla yox, kubokla tərk etmək istəyirik”
Tarix: 20.05.2016 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“İspaniya yığması şəxsi özəllikləri olan komandadır. Onlar topu özlərində saxlamağı xoşlayırlar. Odur ki, rəqibin oyuna nəzarəti ələ keçirməsinə imkan verməməliyik”.
Bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Joao Lameyra deyib. Bakıda keçirilən U-17-lərin Avropa çempionatında Portuqaliya millisi finala qədər irəliləməyi bacarıb. Elio Souzanın yetirmələri bu gün keçiriləcək həlledici qarşılaşmada İspaniya ilə üz-üzə gələcəklər. Portuqaliya Futbol Federasiyasının saytına danışan Lameyra maraqlı fikirlər səsləndirib. O, İspaniya yığmasının finala təsadüfi çıxmadığını bildirib: “Onlar yarımfinalda Almaniya kimi güclü komandanı məğlubiyyətə uğratdılar. Özü də həmin görüşdə penaltidən yararlana bilmədilər. Final oyunu həm çətin, həm də emosional keçir. Bizim əsas üstünlüyümüz komanda daxilində əla ab-havanın olmasıdır. Bu, sakit olmağımıza imkan verir. Təxminən 1 aydır ki, Azərbaycandayıq. Bura gəldiyimiz gündən dəstək görmüşük, yüksək ruhla çalışmışıq”. Komandasının aparıcı oyunçularından olan Lameyra Portuqaliya yığmasının AÇ-də yaxşı çıxış etdiyini deyib. Buna baxmayaraq, o, Bakını gümüş medalla yox, kubokla tərk etmək istədiklərini vurğulayıb: “Təbii ki, bura qədər gördüyümüz işdən razıyıq. Ancaq futbolda əvvəlki qələbələr böyük önəm kəsb etmir. Hər oyun 0:0 hesabı ilə başlanır. Odur ki, finala da sıfırdan başlayacağıq. Hazırkı məqamda bütün diqqətimizi İspaniya ilə matça yönəltmişik. Komandamız həm müdafiə, həm də hücumda yaradıcı oynayır. Fərdi mübarizələrdə güclü olan futbolçulara sahibik və cəlbedici oyun nümayiş etdiririk. Məhz bu səbəbdən çempionatda 14 qol vurmuşuq. Rəqiblərimizin yerində olmaq istəməzdim, çünki biz bütün oyun komponentlərində çox güclüyük”. Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Portuqaliya - İspaniya finalı saat 20:00-da start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb
26.04.2019
Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum oldu
26.04.2019
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
26.04.2019
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb
26.04.2019
Formula 2: “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto ilk sərbəst yürüşün qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info