Qəbələdə müasir elektrik yarımstansiyası istifadəyə verilib
Tarix: 20.05.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Dünən Qəbələ şəhərində “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına inşa edilmiş “Qəbələ” yarımstansiyası, Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsinin ofis binası istifadəyə verilib.
Yarımstansiyanın və ofis binasının açılış mərasimində iştirak edən “Azərişıq” ASC-nin rəhbər şəxsləri son illər ölkəmizin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd ediblər. Məlumat verilib ki, müasir elektrik avadanlıqları ilə təchiz olunan yeni yarımstansiya Qəbələ şəhərinin elektrik enerjisi ilə dayanıqlı təchizatını tam təmin edəcək. SCADA sisteminə qoşulan 35 KV-luq “Qəbələ” yarımstansiyasında bütün təhlükəsizlik tədbirləri görülüb. Qəbələ, Şəki, Oğuz, Balakən, Zaqatala, Qax, İsmayıllı və Şamaxı rayonlarının elektrik şəbəkələrini əhatə edən Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsi əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq məqsədilə tikilən iki mərtəbəli ofis binasında hər cür şərait yaradılıb. Ofis lazımi energetika avadanlıqları ilə yanaşı, kompyuter texnikası və internetlə təmin olunub. Burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq üzrə otaqlar yaradılıb. İş otaqları ilə yanaşı, ofisdə yemək və istirahət üçün otaqlar da ayrılıb. Yeni inzibati binanın həyətində avtomobillərin təmiri üçün şərait yaradılıb. Binanın ətrafında abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb. Hazırda “Azərişıq” ASC tərəfindən regionlardakı elektrik şəbəkələrində yenidənqurma işləri davam etdirilir, yeni inzibati binalar inşa edilir. 2016-cı il ərzində daha 20-yə yaxın rayonda abonentlərə xidmət göstərən müasir ofislər tikilərək istifadəyə veriləcək.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info