“Dövlət əmlakının özəlləşdirilməsi sahibkarlığın inkişafına yönəlib”
Tarix: 20.05.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Millət vəkili Tahir Rzayev: “Regionlarda bir çox emal müəssisələri, şərab, yun emalı, pambıqtəmizləmə zavodları, barama tədarükü məntəqələri var idi. İndi onların səmərəli özəlləşdirilməsi yeni iş yerləri yaradacaq, iqtisadiyyata böyük fayda verəcək”

Ölkə başçısı tərəfindən “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmanda göstərilir ki, müstəqillik əldə edildikdən sonra dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olub. Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir. Yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədi daşıyan bu fərman ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Millət vəkili Tahir Rzayev ölkə başçısı tərəfindən imzalanan bu fərmanın çox mühüm əhəmiyyət daşıdığını bildirdi: “Bir sıra obyektlər var ki, onlar özəlləşməyə verilib, ancaq onu özəlləşməyə götürən insanlar mövcud imkanlardan səmərəli istifadə eləmirlər. Digər tərəfdən bir çox dövlət əmlakı var ki, bu gün başlı- başına qalıb, onu istifadəyə götürmək istəyən yoxdur. Həmçinin dövlət əmlakının özəlləşdirilməsində uzun illərdir ki, süründürməçilik halları baş verir. Bu əmlak bilavasitə xalqa məxsusdur, ancaq bəzi insanlar söz veriblər ki, müəssisələri işlədəcəklər, götürüblər, ancaq özlərinin onları işlətməyə vəsaiti olmayıb. Bunların hamısı Prezidentin nəzarətində olanda, həmin bu əmlakın səmərəli özəlləşdirilməsi qaydasında olacaq, digər tərəfdən özəlləşdirilən əmlaka müəyyən vəsaitlərin ayrılması diqqət mərkəzində olacaq. Məsələn, onlara müəyyən kreditlər verilə bilər, avadanlıqların, texniki vəsaitlərin alınmasına dövlət yardımçı ola bilər. Bu fərman bilavasitə ölkədə insanların hüquqlarının müdafiə olunmasına, digər tərəfdən sahibkarlığın inkişafına yönəldilib. Regionlarda bir çox emal müəssisələri, şərab, yun emalı, pambıqtəmizləmə zavodları, barama tədarükü məntəqələri var idi. Bunların bir çoxu özəlləşdirilmədi, bir çoxları dağıdıldı. İndi buna qayğı, diqqət olduqda işlək adamlara, sahibkarlara verilməsi sürətləndiriləcək”.
Millət vəkilinin sözlərinə görə, bu proses iqtisadi sahəyə, sahibkarlığın inkişafına xeyir verəcək, həm də həmin əmlakın dağıdılmasının qarşısını alacaq: “Bizdə sovet dövründən qalmış fermalar, təcrübə sınaq məntəqələri, laboratoriyalar var idi və onlar özəlləşdirilmədi, dağıdıldı. Bir çoxu heç özəlləşdirilmədi. Bəziləri ayrı-ayrı adamlara verilib. Yaxşı olardı ki, müəyyən sahibkarlara veriləydi ki, indi sahibkarlar əziyyət çəkib obyektlər yaratmazdılar. Qoyunçuluq təsərrüfatları var idi ki, məhv oldu. İndi də qalanı var. Yerdə qalanın səmərəli özəlləşdirilməsi, iş adamlarına verilməsi iqtisadiyyata böyük fayda verə bilər. Həm də bu yeni iş yerlərinin açılmasına imkan verər. Əgər sahibkar gəlib orada emal müəssisəsi yaradacaqsa, orada onlarla adam işləyəcək. İndi biz pambıqçılığın inkişaf etdirilməsinə qayıtmışıq. Pambıqçılıq zavodları indiyədək işləmirdilər. İndi pambıq istehsal olunmaqla orada hər zavodda 100-200 adam çalışacaq. Digər tərəfdən pambıq emal olunmaqla, onun mahlıcının emal olunması, ondan müəyyən məhsulun alınması məqsədilə nə qədər əlavə iş yerləri açılacaq. Yaxud baramaçılığın inkişafı istiqamətində işlərə başlanılıb, bir vaxtlar barama tədarükü məntəqələri var idi. Orada barama qurudulurdu, ipəyə çevrilirdi, təmizlənirdi, xammal şəklində xarici ölkələrə satılırdı. İndi həmin müəssisələr var ki, onların özəlləşdirilməsi və səmərəli istifadə olunması xeyli iş yerlərinin açılması deməkdir. Bu həm də iqtisadiyyata köməkdir. Geyim, məişətdə işlədilən digər məhsulların istehsalına imkan verəcək. Ümumiyyətlə, dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsinin çox xeyri olacaq. Çox düzgün və düşünülmüş bir fərmandır. Bilavasitə dövlət proqramları var ki, onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün zəmanətdir, təminatdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info