Ekoloji təmiz məhsullar yetişdirilməsi təbliğ edilir
Tarix: 21.05.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“Mənim musiqilərimin məqsədi dünyada sağlam qida məhsullarını təbliğ etməkdir. İnsanlar öz təsərrüfatlarında həmin bitkiləri kimyəvi dərmanlardan istifadə etmədən də yetişdirə bilərlər. Ekoloji cəhətdən təmiz, orqanik baxımdan sağlam məhsulların yetişdirilməsini təbliğ etmək üçün mən hip-hop musiqimdən istifadə edirəm. Şadam ki, fəaliyyətim Qremmi mükafatına layiq görülüb və Amerikanın nüfuzlu kanallarında verilişlərə dəvət alıram”.
Bu sözləri müsahibəsində hip- hop musiqi janrı üzrə dünya şöhrətli ifaçı DJ Kavem söyləyib. Azərbaycanda Amerika günləri çərçivəsində DJ Kavem və ABŞ-ın ölkəmizdəki səfirliyinin bir qrup nümayəndəsi Goranboyun Nizami kəndində fermer Tofiq Hüseynovun təsərrüfatında olublar. Xarici qonaqlar fermerin bağında təbii üsulla yetişdirilən ağaclara və meyvələrə baxıblar. Meyvə bağının suvarılması, istifadə edilən təbii gübrələr və ağaclara digər aqrotexniki qulluq barədə DJ Kavemə məlumat verilib. Orqanik məhsul yetişdirilməsində topladığı təcrübəni azərbaycanlı həmkarları ilə bölüşən məşhur musiqiçi insanları sağlam qida ilə təmin etmək istiqamətində səylə çalışdığını bildirib. DJ Kavem və səfirlik əməkdaşları Goranboylu fermerin təsərrüfatındakı arı ailəsinə və iri buynuzlu heyvanlara da baxıblar. ABŞ səfirliyinin nümayəndəsi Emi Piterson bildirib ki, buraya gəlməklərinin səbəbi Amerika mədəniyyəti günləri çərçivəsində öz milli dəyərlərini təbliğ etməkdir.
Qeyd edək ki, DJ Kavem Amerika Birləşmiş Ştatlarında orqanik məhsulların yetişdirilməsi istiqamətində konsepsiyanın müəlliflərindən, aparılan təbliğatın öncüllərindən hesab edilir. Müğənni bu məsələyə diqqət çəkmək üçün hətta ABŞ prezidenti Barak Obama ilə də görüşüb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info