“Azərbaycan Yeni İpək Yolunun parçası olaraq Əfqanıstanla Avropanı birləşdirəcək”
Tarix: 21.05.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Azərbaycan sabitlik və təhlükəsizliyin təmin olunmasında Əfqanıstanın yanındadır”. Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb. “Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiqdir. Bu xüsusda, mən qətiyyətlə bir daha vurğulayıram ki, Azərbaycan 2016-ci il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun İnam Fonduna müvafiq əhəmiyyətli ianə edib və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb”, - deyə nazir qeyd edib. Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalır. Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra Azərbaycan inkişaf etmiş davamlı tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə verdiyi töhfə yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır: “Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək yolunun əhəmiyyətli hissəsi olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək”. Nazir Elmar Məmmədyarov səfər çərçivəsində Türkiyə, Almaniya, Çexiya xarici işlər nazirləri və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşlər keçirib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info