Elmir Vəliyev: “Gəncənin uğuru Prezidentin gənclərə olan diqqət və qayğısının nəticəsidir”
Tarix: 23.05.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Strasburqda Avropa Parlamentində Avropa gənclərinin ikinci toplantısı (EYE 2016) keçirilib. “Birlikdə hər şeyi dəyişə bilərik” devizi altında təşkil olunan toplantıda avropalı deputatlar və digər siyasətçilərlə keçirilən müzakirələrdə və seminarlarda 39 ölkədən gələn 7500 gəncə öz fikirlərini bildirmək imkanı yaradılıb. Tədbirdə Azərbaycan “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycanlı gənclər Avropa Parlamentində təşkil edilmiş sessiyalarda çıxış edib və Azərbaycan stendində tariximiz, mədəniyyətimiz, ölkəmizdə aparılan gənclər siyasəti və Gəncə şəhəri haqqında məlumat veriblər.“Gəncə Avropa Gənclər Paytaxtı -2016” İctimai Birliyinin sədri Elmir Vəliyev sessiyada Gəncənin bu ada layiq görülməsi ilə fəxr etdiyini bildirib. O, qeyd edib ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, ümumiyyətlə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir.O, ölkəmizdə gənclərin imkan və bacarıqlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, əlamətdar hadisə ilə bağlı Gəncədə gənclərin səmərəli fəaliyyəti üçün yeni infrastrukturlar yaradılıb, asudə vaxtlarının maraqlı keçməsi üçün park salınıb, sosial-mədəni obyektlər istifadəyə verilib, yeni layihələr həyata keçirilib.Gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən E.Vəliyev Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin şəhərin gəncləri üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bir il müddətində azərbaycanlı gənclər həyata keçirəcəkləri proqram və layihələr haqqında məlumatları avropalı həmyaşıdları ilə bölüşə biləcəklər.Azərbaycan Gənclər Fondunun beynəlxalq və yerli layihələrə dəstəyindən, gənclər siyasətində, eləcə də cəmiyyətdə baş verən proseslərdə gənclərin iştirakının vacibliyindən danışan E.Vəliyev “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsi üçün yeni prioritet kateqoriyalar irəli sürüldüyünü bildirib.Bildirilib ki, hazırda “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsində 300-dən çox könüllü çalışır və onların sıraları gündən-günə genişlənir.O, iştirakçıları Avropa Gənclər Paytaxtında həyata keçirilən layihələri izləməyə, Azərbaycana səfər etməyə və gənclər siyasəti sahəsində maraqlı təcrübələri bölüşməyə çağırıb.Tədbir çərçivəsində Avropa Parlamentinin həyətində Avropa gənclərinin ikinci toplantısında (EYE 2016) iştirak edən gənclər ölkələrinin pavilyonlarını təşkil ediblər.
“Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkil etdiyi pavilyonda ziyarətçilərə Azərbaycanda gənclər siyasəti, Gəncə şəhərinin tarixi, orada gənclər üçün yaradılan imkanlar, bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verilib. Üzərində “Gəncə Avropa Gənclər Paytaxtı-2016” yazılan köynək, çanta, fincan, bloknot ziyarətçilərə hədiyyə edilib. Azərbaycanlı gənclər “Gəncə Avropa Gənclər Paytaxtı -2016” layihəsi çərçivəsində planlaşdırılmış tədbirlər haqqında məlumatlandırılan ziyarətçilər Gəncəyə səfərə dəvət ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info