Moskvada “Heydər Əliyev Kuboku” uğrunda turnir başa çatıb
Tarix: 23.05.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Heydər Əliyev Kuboku" uğrunda mini-futbol turniri başa çatıb.
 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, turnirin final mərhələsi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin İdman Kompleksində keçirilib. 
Turnirin qalibi AMOR-un Tula vilayəti üzrə regional bölməsinin komandası olub. İkinci yeri Ümumrusiya Dövlət Ədliyyə Universitetinin komandası, üçüncü yerləri isə AMOR-un Kaluqa vilayət üzrə regional bölməsi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandaları tutublar.  
Sonda birinci yerin sahibinə "Heydər Əliyev kuboku" və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib.
 Qeyd edək ki, turnir 2009-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunur.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info