Peter Kopaçek: “Bakıda inkişafı görməmək mümkün deyil”
Tarix: 23.05.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Vyana Texnologiya Universitetinin Mühəndisliyin idarəedilməsi üzrə magistratura proqramının yaradıcısı və proqram direktoru, dünya şöhrətli professor Peter Kopaçek Ali Məktəbin tələbələri üçün keçirdiyi iki günlük təlimlərdən sonra öz təəssüratlarını bizimlə bölüşdü. Peter Kopaçek 1971-ci ildə idarəetmə üzrə doktorluq dərəcəsini fərqlənmə ilə alıb. 1986-1990-cı illərdə Avstriyanın Linz Universitetində Sistem mühəndisliyi və avtomatika üzrə professor vəzifəsində çalışıb. 1990 – 2008-ci illərdə Avstriya Texnologiya Universitetinin İdarəetmə Qurğuları və Robotika İnstitutunun rəhbəri, Avstriya Sistem Mühəndisliyi və Avtomatika Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb. 1985-ci ildən etibarən Beynəlxalq Mühasibatçılar Federasiyasının Avstriya bölməsinin və Avstriya Avtomatika və Robotika Cəmiyyətinin vitse-prezidenti və baş katibidir. Üç dəfə fəxri doktor adını alıb, Saksonia Elmlər Akademiyasının və Almaniya Texniki Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Avtomatik idarəetmə Federasiyası, Beynəlxalq Robotika Federasiyası, Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvüdür. 2006-cı ildə Amerika Sənaye Robotikası Cəmiyyətinin “Engelberger mükafatını” alıb. 6 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir.
Bakıya ilk dəfə hələ 1978-ci ildə səfər etdiyini bildirən professor Peter Kopaçekin müsahibəsini təqdim edirik.
- Deməli, bu sizin Azərbaycana ikinci səfərinizdir. İlk səfərinizlə müqayisə etsəniz, ölkəmizdə, xüsusən Bakıda hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Həm ölkəniz, həm Bakı şəhəri bu illər ərzində olduqca çox dəyişib. İndi Bakı müasir Qərb şəhərinə bənzəyir. Mənim Bakı şəhərinin meriyasının gələcək fəaliyyətindən xəbərim yoxdur. Əgər onların niyyəti Bakını nəhəng biznes və turizm mərkəzinə çevirməkdirsə, bu, yaxşı niyyətdir. Bakıda inkişafı, dəyişikliyi görməmək mümkün deyil.
- İki günlük təlimlərdən sonra Bakı Ali Neft Məktəbi və tələbələr haqqında hansı fikirdəsiniz?
- Bakı Ali Neft Məktəbi yeni yaranmış tədris müəssisəsidir. Ali məktəb olaraq yalnız 2011-ci ildə təsis olunub. Bu ali məktəbə orta məktəblərin ən savadlı tələbələrinin qəbul olunması məni çox təəccübləndirdi. Onlar çox hazırcavab və savadlıdırlar.
- Azərbaycana və xüsusilə BANM-ə yenə də gəlmək istərdinizmi?
- Birinci demək lazımdır ki, mən artıq yaşlı insanam, lakin əgər BANM rəhbərliyi məni dəvət etsə, mən yenə gələrəm. Mənim üçün yeni mühiti kəşf etmək maraqlıdır. Yeri gəlmişkən, mən dünya ölkələrinə tez-tez səfər edirəm.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info