“Jewish News” ölkəmizdəki dini tolerantlıq və multikultural mühitdən yazıb
Tarix: 23.05.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Britaniyada yəhudi icmasının ən nüfuzlu qəzeti sayılan “Jewish News”un internet səhifəsində Azərbaycanda hökm sürən yüksək səviyyəli dini tolerantlıq və multikultural mühit haqqında məqalə dərc edilib.Məqalənin müəllifi, Britaniya Yəhudilərinin Nümayəndələr Şurasının xarici əlaqələr üzrə məsul əməkdaşı Devid Volş Azərbaycan haqqında məlumat verib, ölkəmizdə yaradılan dini tolerantlıq və multikultural mühit modelinin nümunəvi olduğunu diqqətə çatdırıb.Qeyd edilir ki, Azərbaycanda müsəlman əhalisi üstünlük təşkil etsə də, xristian və yəhudi icmaları da mövcuddur. Bu müxtəlif dinlər uzun illərdir mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar, indiyədək aralarında heç bir ciddi münaqişə baş verməyib. Ölkə rəhbərliyi Azərbaycanda dini tolerantlığa və multikulturalizmə böyük diqqət və qayğı göstərir. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib.Yazıda Azərbaycan nümayəndə heyətinin - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının başçısı Milix Yevdayevin bu yaxınlarda Britaniyaya səfərlərinə də toxunulub. Onların iştirak etdiyi konfranslar və görüşlərdəki çıxışlarına istinad edilərək, Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan D.Volş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal edilməsi ilə bağlı faktları da diqqətə çatdırıb. Bu münaqişənin həm iki ölkə arasındakı münasibətlərin pozulmasına, həm də regionun ümumi inkişafına mənfi təsir göstərdiyi qeyd edilib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info