“İkinci Dünya müharibəsindən sonra dünyamız böyük təhlükələrlə üzbəüz qalıb”
Tarix: 23.05.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Bu hazırlığı görəndən sonra özümü itirdim, sizlərin liderliyi, qərarlılığınız məni cəsarətləndirdi. Hamımız buradayıq, çünki bu, qlobal humanitar tədbirdir. İkinci Dünya müharibəsindən sonra dünyamız böyük təhlükələrlə üzbəüz qalıb. Bu, BMT-nin XXI əsrdəki toplantısıdır, 150 ölkədən 23 min insanla məşvərət edilərək bu sammitin gündəmi müəyyənləşdirilib”. 
APA-nın sammitin işini izləyən müxbirinin məlumatına görə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İstanbulda keçirilən İ Dünya Humanitar Sammitində çıxışında BMT-nin baş katibi Pan Gi Mun deyib. O bildirib ki, qarşıdakı iki gündə dünyada insanların nəzərləri bu toplantıya yönələcək: “Onlar bizdən 5 sahədə qərarlılıq göstərməyimizi gözləyərək buraya baxırlar:
 
1. Münaqişələrin qarşısının alınması. Hazırda humanitar yardım fondlarının 80%-i münaqişələrdən zərər çəkənlərə xərclənir.
 
2. Mülki əhalinin qorunması çox önəmlidir. Biz bu günə qədər mülki əhalini lazımi şəkildə qoruya bilmədik, bu toplantı bizim üçün milad olmalıdır.
 
3. Heç kimi başqasından geridə qoymamalıyıq, hər kəsə bərabər fürsət verməliyik. 2020-ci il inkişaf proqramımızın əsas maddəsi də budur.
 
4. Yerindən-yurdundan didərgin düşmüş insanlara daha çox fond ayırmalıyıq.
 
5. Humanizmə yatırım etməliyik, humanitar yardım fondlarındakı uçurumu qapatmalı və sərmayələrimizi humanizmə yönəltməliyik”.
 
Çıxışının sonunda BMT baş katibi qeyd edib ki, bu gün gənc nəsillər özlərini itirilmiş nəsil kimi hiss edirlər: “Bəzi insanlar üçün pul, şöhrət, hərbə-zorbalıq önəmli ola bilər, ancaq biz unutmamalıyıq ki, bəşəriyyətin müştərək gələcəyi hamımızındır. Ona görə, insanlara şərəflə yaşamaları üçün imkan yaratmalıyıq”. 
Almaniyanın federal kansleri Angela Merkel isə hazırda dinamik bir beynəlxalq humanitar yardım sisteminin olmadığını söyləyib. Humanitar yardım məsələsində yeni bir qlobal yanaşmaya ehtiyac olduğunu xatırladan A. Merkelin sözlərinə görə, söhbət təbii fəlakətlərdən, savaşlardan, terrordan ziyan görmüş insanlardan gedir: “Bunun üçün hamımız birgə çalışmalıyıq. Humanitar yardımların problemsiz və sistematik şəkildə çatdırılması üçün yeni yanaşmaya ehtiyacımız var. Almaniya da öhdəliklərə əməl edilməsini istəyir”. 
BMT-nin humanitar yardım fondunun vəsaitlərini 1 milyard dollara yüksəltməyi təklif etdiyini deyən Merkel ölkəsinin də humanitar yardımı artıracağını vurğulayıb: “Müəyyən dərəcədə yardım almağa haqqı olan insanlar artıq bunu minnət edilərək almamalıdırlar. Bu gün bir başlanğıc siqnalı veririk. Qlobal inteqrasiya sistemi yaratmalıyıq. Hər insanın yaşama haqqı var və biz onlara bu haqqı ən yaxşı şəkildə verməliyik”. 




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info