Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Tarix: 23.05.2016 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə rayon mədəniyyət evində geniş maarifləndirmə tədbiri keçirilib.DMX-dən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizə təşrif buyuran əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi üçün görülmüş çoxşaxəli işlər barədə danışılıb. Dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edilib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb. Xidmət əməkdaşı ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan addımların səmərəli nəticələrini qeyd edib. Yerli icra orqanlarından belə şəxslərin aşkarlandığı halda sənədləşdirilməsi üçün Xidmətə müraciət etmələrinə köməklik göstərilməsi xahiş olunub. Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə bağlı izahedici söhbət aparılıb.Çıxışlarda xüsusən məktəblilər arasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qanuna müvafiq olaraq müvəqqəti yaşamaq üçün icazə vəsiqələri almaları, yaxud həmin şagirdlərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmələrinin zəruriliyi vurğulanıb.Maarifləndirmə tədbirindən sonra səyyar xidmət təşkil edilib. 360 nəfərdən 319 şəxs səyyar xidmətin imkanlarından yararlanıb. Onlardan 220 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, əcnəbi və ya vətəndaşlığı olmayan 2 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin 3 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 27 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 65 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.İştirakçılar adından Zülfiyyə Əlixanova və Habil Qurbanov minnətdarlıqlarını bildiriblər.Şəkidə isə regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının 50-dən çox nümayəndəsinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatlarının aparılmasına həsr olunmuş tədbir keçirilib.
Bildirilib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə, qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir.Sonra əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin elektron qaydada olduğu yer üzrə qeydiyyatları ilə bağlı izahlı video-təlimat nümayiş olunub.Görüşlərdə, həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apelyasiya Şurasının fəaliyyəti barədə məlumat verilib.Eyni zamanda, bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub.Sonda suallar cavablandırılıb.İştirakçılar bu cür tədbirlərin təşkilindən razı qaldıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info