Əskişəhərdəki iki prospektə “Qarabağ” və “Gəncə” adları verilib
Tarix: 23.05.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Türkiyənin Əskişəhər vilayətinin Əmirdağ bölgəsində yerləşən Davulğa bələdiyyəsinin qərarı ilə rayondakı ən böyük prospektlərdən birinə “Qarabağ”, digərinə “Gəncə” adı verilib. Bu münasibətlə mayın 21-də təntənəli təməlqoyma mərasimi keçirilib. Mərasimdə Davulğa ictimaiyyətinin nümayəndələri, Əskişəhərdə yaşayan və işləyən azərbaycanlılar, bu vilayətin əslən Qarabağdan olan vətəndaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri, yazıçı-publisist Əhməd Urfanlı Əskişəhərin Qarabağ əsilli sakinləri barədə danışıb. Məlum olub ki, 1830-cu ildə Azərbaycanın Qarabağ bölgəsindən Osmanlı ərazisinə köç etmiş bir neçə tayfa Əskişəhərin Əmirdağ bölgəsində məskunlaşıb. Bu bölgədə 12 kəndin adı Qarabağdakı kəndlərlə eynidir. Ümumilikdə bu kəndlərdə 15 min qarabağlı yaşayır. Onlar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Azərbaycanla bağlılıqlarını unutmur, mədəni irslərini qoruyub saxlayırlar.
Davulğa bələdiyyəsinin sədri, Qarabağ əsilli Salih Gündoğan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışaraq bildirib ki, Davulğadakı iki böyük prospektə “Qarabağ” və “Gəncə” adlarının verilməsi bir tərəfdən Azərbaycan xalqı ilə həmrəylikdirsə, digər tərəfdən bu bölgədə məskunlaşmış qarabağlıların ana Vətənə ehtiramıdır. Bələdiyyə sədri qeyd edib ki, hər iki prospekt ən qısa zamanda tikilib istifadəyə veriləcək.
Sonra AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtı, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, professor Tamilla Əliyeva və başqaları çıxış ediblər.
Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinə, Azərbaycanın regionda sülh və sabitliyin təmin olmasında roluna, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında xidmətlərinə və digər məsələlərə toxunulub. Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin təklifi əsasında “Qarabağ” və “Gəncə” adlarının əbədiləşdirilməsi Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunə kimi qiymətləndirilib.
Şairlər – Burhanəddin Çil, Əli Vafi, Səhər və Tayyib Atmacalar Azərbaycana, Qarabağa, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeir və mahnılar səsləndiriblər.
Azərbaycan və Türkiyənin rəqs, musiqi qruplarının ifalarından sonra bir qrup şəxsə Davulğa bələdiyyəsi və Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən xatirə lövhələri, diplom və hədiyyələr təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info