Tramp və Klintonu dəstəkləyənlər arasında fərq 3 faizədək azalıb
Tarix: 24.05.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“The Wall Street Journal” qəzeti və NBC News telekanalı ABŞ vətəndaşları arasında payız seçkilərində prezidentliyə namizədlərə dəstək mövzusunda sorğu keçirib.
Mümkün statistik xəta ehtimalının 3,1 faiz olduğu sorğuda qeydiyyatdan keçən min seçici iştirak edib. “İnterfax” informasiya agentliyi xəbər verir ki, sorğunun nəticələrinə görə, respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 3 faiz geri qalır. Belə ki, sorğu iştirakçılarının 43 faizi Donald Trampa səs verdiyi halda, Hillari Klinton seçicilərin cəmi 46 faizinin etimadını qazanıb və seçkiqabağı kampaniya ərzində ilk dəfə 50 faizdən aşağı səs toplayıb. Aprel ayında keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 11 faiz təşkil edirdı. Analitiklərin fikrincə, Klinton qarşısında Trampın mövqeyinin güclənməsi, çox güman ki, respublikaçı namizədin partiyasındakı rəqibləri Ted Kruz və Con Keysikin seçki kampaniyasını tərk etməsi ilə əlaqədardır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info