Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir
Tarix: 24.05.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Şabran rayonunun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.
“Azəravtoyol”dan bildirilib ki, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən Qalaaltı kəndinə doğru salınır. Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə əsasən yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 metr və 3,5 metr nəzərdə tutulub. Həmin layihə çərçivəsində 4 yol ötürücüsünün tikintisi planlaşdırılıb. Buraya həmin yolun 115-ci kilometrində yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 kilometrində mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü və 11,2 kilometrində Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağı daxildir. Bundan başqa, 2 düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub. Hazırda yolun 1-4 kilometrlik hissəsində torpaq yatağı tikilir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info