Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın iyul sessiyasında müzakirəyə çıxarılacaq
Tarix: 24.05.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


1-5 iyul tarixlərində Tiflisdə ATƏTParlament Assambleyasının illik sessiyası keçiriləcək. “Parlament əməkdaşlığının 25 ili: Dialoq vasitəsi ilə etimad yaratmaq” adlı sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsində isveçli deputat Marqareta Sederfeldin müəllifi olduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Layihədə münaqişə nəticəsində yurd-yuvalarından məhrum olunmuş Azərbaycan, Ermənistan Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının evlərinə qayıtmasının onların danılmaz hüququ olduğu təsdiqlənir. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin eskalasiya ilə bağlı narahatlıq ifadə olunur. Mövcud danışıqlar formatı və mexanizmi çərçivəsində ATƏT sədrliyinin həlli uzanmış münaqişələrin çözülməsində aktiv fəaliyyəti alqışlanır. Qətnamə layihəsində müəllif Dağlıq Qarabağ münaqişəsi zonasında yeni ədavət risklərini azaltmaq məqsədi ilə etimad tədbirləri üçün səy göstərmək və Minsk qrupu çərçivəsində Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün parlamentariləri münaqişə tərəflərini siyasi iradə ortaya qoymağa həvəsləndirməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info