İranın Ali Rəhbərinin nümayəndəsi: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”
Tarix: 24.05.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bunu komitə sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə Təbrizdə görüşdə deyib. Komitə sədri qeyd edib ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir: “Silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olur. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır”.
Komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycanda cəmi 17 məscid olub, indi bu rəqəm 2050-yə çatıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər”.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər. Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır.
Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əhalinin sülhə hazırlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info