Ramiz Mehdiyev Qroznıda səfərdədir
Tarix: 24.05.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir. APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Çeçenistanın səhiyyə naziri, milliyyətcə azərbaycanlı Elxan Süleymanov "İnstagram" səhifəsində məlumat yayıb. Çeçenistanın başçısı Ramzan Kadırov isə sosial şəbəkədəki səhifəsində Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısının keçirildiyini yazıb. O, toplantıda 70-dən çox ölkə nümayəndəsinin iştirak edəcəyini qeyd edib.R. Kadırov Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısında ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, miqrasiya prosesləri və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib. Toplantıda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, Rəşid Nurqaliyev, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev, Azərbaycan Prezident Administrasiyasının sədr müavini Fuad Ələsgərov, Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov və digərləri iştirak edirlər. 




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
“Münaqişənin bu variantda həlli…”
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info