Floridada Azərbaycan kəlağayısının təqdimat mərasimi keçirilib
Tarix: 24.05.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Azerbaijan Kelagayi” təşkilatının ABŞ-dakı nümayəndəliyi Floridada Azərbaycan kəlağayısını və “Heydərbabaya salam” kitabını təqdim edib. Florida ştatının Azərbaycan-Amerika Mədəni Assosiasiyası tərəfindən təşkil edilmiş tədbir Fort Loderdeyl şəhərindəki Türkiyə mərkəzində keçirilib. Təqdimat mərasimində şəhərin Azərbaycan və Türk icmalarının nümayəndələri iştirak ediblər.Azərbaycan-Amerika Mədəni Assosiasiyasının prezidenti Töhfə Eminova gecənin açılışında çıxış edib. O, qonaqları salamlayaraq Azərbaycan ənənələrini və xalqımızın mədəni irsini qoruyub saxlamağın vacibliyini vurğulayıb. Daha sonra “Azerbaijan Kelagayi” təşkilatının Birləşmiş Ştatlardakı nümayəndəsi Cəmilə Cavadova-Spitsberq çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanda ipək kəlağayıların hazırlanması ənənələri, bu işin tarixi və mədəni əhəmiyyəti barədə məlumat verib.Təqdimat mərasimində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən İsmayıllı rayonun Basqal kəndində kəlağayının hazırlanması barədə qısametrajlı sənədli filmlər nümayiş etdirilib. Kəlağayıların müxtəlif dizaynlarının rəmzi mənası, bu ənənəvi baş örtüyündən istifadə formaları da müzakirə edilib. Tədbir iştirakçıları Cəmilə Cavadova-Spitsberqin təqdim etdiyi müxtəlif kəlağayıları başlarına örtərək özlərinə necə yaraşmasını qiymətləndiriblər.Mədəni tədbirin ikinci hissəsi Azərbaycan poeziyasına həsr edilib. Azərbaycan-Amerika Mədəni Assosiasiyasının üzvü Norbert Yevdayev görkəmli Azərbaycan şairi Şəhriyarın həyat və yaradıcılığına dair öz tədqiqatları barədə qonaqlara məlumat verib. Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasını rus dilinə tərcümə etdiyini bildirən N.Yevdayev bu kitabı da təqdim edib, ondan şeirlər oxuyub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info