Salyanda kitab bayramı keçirilib
Tarix: 24.05.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Salyanda Nizami Gəncəvi adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə VIII Ümumrespublika kitab bayramı ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən mədəniyyət və təhsil işçiləri, gənclər, ziyalılar və şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş, müxtəlif dillərdə nəşr olunmuş kitablardan, yerli yazarların əsərlərindən ibarət sərgi ilə tanış olublar.Tədbiri açan kitabxananın əməkdaşı Səadət Yarıyeva 2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlardan və kitabxana-informasiya sahəsindəki yeniliklərdən danışıb.Digər çıxış edən ziyalı Nəbi İbrahimov kitab mədəniyyətinin formalaşması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına müsbət töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq, kitabların hələ də mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıb.Bayram tədbiri rayon Mədəniyyət Mərkəzi kollektivinin rəngarəng konsert proqramı ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info