İsveçdə 300 qaçqın uşaq itkin düşüb
Tarix: 24.05.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


İsveçə ilin əvvəlindən bəri valideynsiz gələn 300-dən çox qaçqın uşaq itkin düşüb.Bu barədə İsveç KİV-ləri Stokholm şəhər administrasiyasının yaydığı məlumata istinadla xəbər veriblər. Məlumatda bildirilir ki, bu cür halların geniş yayıldığı keçən ildə də krallığa gələn 420 nəfər yetkinlik yaşına çatmayan adam planları haqqında aidiyyəti orqanlara xəbər vermədən yaşadıqları mərkəzləri tərk ediblər. Hökumət orqanlarının gördüyü tədbirlərə baxmayaraq bu cür hallar davam etməkdədir.Bununla əlaqədar olaraq İsveç hökuməti komissiya yaradıb. Komissiya araşdırma aparmalı və qaçqınların uçotu sistemində qeydiyyata düşəndən sonra uşaqların qaçması və ya yoxa çıxması səbəblərini müəyyən etməlidir.Qaçqın uşaqlarla işləyən mütəxəssislər hesab edirlər ki, itkin düşən uşaqların çoxu sonda küçələrdə qalır, tez-tez müxtəlif cinayətlərin qurbanı və iştirakçısı olur, ya da fahişəliyin qurbanı olur.Xatırladaq ki, 2015-ci ildə 9,7 milyon əhalisi olan İsveçə sığınacaq haqqında rekord sayda - 163 min müraciət daxil olub. Krallığın hökumət orqanları dəfələrlə kimsəsiz uşaqların sayının artmasını etiraf ediblər. Sosial xidmətlər də uşaqların şəxsiyyətini müəyyənləşdirmək məqsədilə miqyaslı iş aparırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info