Qarabağ problemi ilə bağlı Bolqarıstanda tədbir
Tarix: 24.05.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ probleminin bolqar cəmiyyətində işıqlandırılması” mövzusunda tədbir keçirilib.
Tədbirin aparıcısı Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska mövzu barədə danışıb. Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycan həqiqətlərini Bolqarıstan cəmiyyətinə çatdırmaqdır. Bu yığıncaq da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin sözügedən problemin obyektiv işıqlandırılması istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.
Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova iştirakçılara Qarabağın tarixi, onun Ermənistan tərəfindən işğalı, qaçqın və köçkün həmvətənlərimiz haqqında ətraflı məlumat verib.
Görüş çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Prezident İlham Əliyevin çıxışından Dağlıq Qarabağla bağlı hissə, “Ermənistan terrorizmi” və “Xocalı soyqırımı” sənədli filmlərindən parçalar nümayiş olunub, cəbhədəki son hadisələrlə bağlı məlumat verilib.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı Səfirliyin nümayəndəsi Mahir Cəfərov da iştirak edib. Sonda Sofiya Universitetinin müəllim və tələbələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info