Aktiv vergi siyəasətinə keçilməsi xüsusi əhəmiyyət daşıyır
Tarix: 24.05.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Quba rayonunda V Qafqaz Iqtisadi Forumu keçirilib. Bu ilki forumun təşkilatçıları arasında Qafqaz Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universiteti yer alacaqdır. Forumun bu ilki müzakirə mövzusu iqtisadiyyatın mövcüd reallıqları nəzərə alınaraq, Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına uyğun “İqtisadi Böhran Kontekstində İxracın Stimullaşdırılması” olub.
Forumda təşkilatçı qurumlarla birlikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Millət Vəkilləri, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti, "Veysəloğlu" şirkətlər qrupu təqdimatçı kimi yer alıb, bir çox dövlət və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da müzakirələrdə iştirak edib.
Vergilər Nazirliyinin vergi siyasəti üzrə müşaviri, dəyərli alim Akif Musayev forumda çıxış edib. O, bildirib ki, iqtisadiyyatın bütün sahələrini əhatə edən gözəl çıxışlar oldu. Mən çıxış edənlərin hər ikisinə öz minnətdarlığımı bildirirəm.Cənab Prezident qeyd edib ki, güclü olmaq üçün nə etmək lazımdır.Güclü olmaq üçün böyük sayda əhali, güclü ordu və güclü iqtisadiyyat . Bu üçü olan yerdə biz güclü ola bilərik. Hamınız a bir sual vermək istəyirəm. Ən yaxşı vergi hansıdır? Yəqin ki, cavab vermək çətindir. Amma belə bir deyim var, “Mənim ödəmədiyim vergi hamısından yaxşıdır”. Birinci növbədə, dövlətin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri hansılardır. Gördüyünüz kimi, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, xüsusilə vergi sahəsinə çox böyük diqqətin yetirilməsi, indiyə qədər aparılmış passiv vergi siyasətindən aktiv vergi siyəasətinə keçilməsi xüsusi əhəmiyyət daşıyır. İndiyə qədər aparılan vergi siyasətində qəbul olunan dəyişikliklərin hamısı: azadolmalar, güzəştlər və s.ümumi əhatə dairəsinə yönəlmiş güzəşt vergiyazmaları vergi dərəcəsinin azaldılması, yəni vaxtilə, yadınızdadırsa, mənfəət vergisinin dərəcəsi kifayət qədər yüksək idi. Tutaq ki, 25%-dən 22%-ə , sonra isə 22%-dən 20%-ə endirilməsi. Bu bütün sahələri əhatə edən bütün vergi dərəcələrinə şamil edilən güzəştlərdir. Sözsüz ki, beynəlxalq təcrübə göstərir ki, belə güzəştlər bir o qədər də fayda vermir. Bu güzəştlər dövriyyə vəsaitlərini vergi ödəyicilərinin biznesin əlində qalmasına yönəlmiş və belə güman olunur ki, azad olunan dövriyyə, bu vəsait gələcəkdə inkişafa yönəlmiş bir sahələrə qoyulacaq və s. Ancaq beynəlxalq təcrübə göstərir ki, bu həmişə belə olmur. Bu şəkildə nəzərdə tutlan azadolmalar, güzəştlər 70% yönəlirsə, uzaq başı 30%-i o istiqamətə yönələr. Ona görə də bu cür güzəşlərdən daha aktiv vergi siyasətinin silinməsi və təyinatı üzrə güzəştlərin verilməsi daha vacibdir.
Əgər, hər hansı bir regionda bir sənaye müəssisəsinin yaradılması, 300 iş yerinin açılması olarsa bu güzəşlərin edilməsi daha məqsədəuyğundur.
Bu gün də aparılan vergi siyasətinin, demək olar ki, bütün istiqamətləri o şəkildədir.Baxın, sənaye parklarının, texnologiya parklarının yeddi il müddətində vergidən azad olması, nəinki orada olan vergi ödəyicilərinin fəaliyyəti, həm də orada olan operatorların və s. təkcə gəlir vergisindən başqa, yəni əmək haqqından gəlir vergisindən başqa bütün vergilərdən azaddır, yeddi il müddətində Həm də orada çalışan iş adamlarının idxalla bağlı olan gəlir vergi öhdəlikləri də vergidən azaddır. Bundan başqa orada olan bütün infrostruktura qoşulma da bütün xərclərdən azaddır. Yəni maksimal dərəcədə dövlət tərəfindən stimullaşdırıcı addımlar atırıq. Hələ vergi məcəlləsi qəbul olunandan indiyə qədər, təsəvvür edin ki, qəbul olunan vaxtda da ixracın stimullaşdırılması ilə bağlı müddəalar nəzərdə tutulur, məsələn, ixrac 0%-lə vergiyə cəlb olunmuşdur. Bu isə o deməkdir ki, o sahəyə cəlb olunan əlavə dəyər vergisi ilə bağlı artıq əvəzləmə səlahiyyəti var və təkcə keçən il, təqribi hesablamalara görə 360 milyona qədər vəsait əvəzləşdirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info