Mərdəkanın mərkəzi yolu təmir olunur
Tarix: 24.05.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Xəzər rayonunun Mərdəkan şosesinin bir hissəsinin və Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsinin müəyyən hissəsinin təmiri işlərinə start verilib. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri Mərdəkan şosesinin Şağan qəsəbəsinə gedən yolla kəsişməsindən Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsi ilə kəsişməsinədək olan 600 metrlik hissəsində və Sergey Yesenin küçəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməsinədək olan 1400 metrlik hissəsində aparılır.Aparılan işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına səki daşları düzülür. Ümumilikdə sözügedən əraziyə 4 min p/m yeni səki daşı düzüləcək. Buna paralel olaraq mövcud avtobus dayanacaqlarının genişləndirilməsi işləri də həyata keçirilir. Dayanacaqlar olan ərazilərdə xüsusi "cib"li dayanacaqlar yaradılır.Müəyyən ərazilərdə avtonəqliyyat vasitələrinin normal hərəkəti üçün yolun hərəkət hissəsi də 0,5-1 metr arası genişləndirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Bundan sonra 10 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları da yenilənir.Təmir işləri aparılan ərazilərdə hərəkət hissə-hissə məhdudlaşdırılır. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
18.10.2019
Gələn il 7000 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info