Avropa Gənclər Paytaxtında “Sağlam Gələcək “ kampaniyasına start verildi
Tarix: 24.05.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi birgə əməkdaşlıq çərçivəsində 2016-cı il Avropa Gənclər Paytaxtı – Gəncə şəhərində “Sağlam Gələcək “ kampaniyasına start verdi.
Kampaniya çərçivəsində Gəncə Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti , Gəncə Tibb Kollecində gənclərə cinsəl sağlamlıq, erkən nikah və məişət zorakılığının profilaktikasına dair maarifləndirmə seminarları həyata keçirilib . Görüşlər zamanı , erkən nikah və məişət zorakılığının mənfi təsirlərini,narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarxlar izlənilib,gənclərə mövzu üzrə hazırlanmış maarifləndirmə materialları paylanıldıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin baş katibi Murad Məmmədli kampaniyanın əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər və yaxın günlərdə bu silsilədə tədbirlər bütün qərb regionunda həyata keçiriləcək.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info