Azərbaycandakı etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
Tarix: 24.05.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında “Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon icra hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev və YAP rayon təşkilatının fəal gəncləri iştirak ediblər.“Dəyirmi masa”nı YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, ölkəmizdə multikulturalizm ənənələri haqqında məlumat verib. Qeyd edib ki, Ulu Öndərin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşmasında, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncaqdakı nitqində multikulturalizmin Azərbaycanda dövlət siyasəti və eyni zamanda, ictimai sifariş olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dövlətimizin başçısının bu sahədə apardığı siyasətin bariz nümunəsidir. Multikulturalizmin bir ideoloji məsələ kimi öyrənilməsi milli təfəkkürdə multikultural dəyərlərin yer alması və inkişafına, eyni zamanda, beynəlxalq imicimizin yüksəlməsinə müsbət təsir edəcəkdir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınıb.Rayon gənclər və idman idarəsinin rəisi, YAP rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusufov, Əhməd Cavad adına Mədəniyyət Evinin direktoru Tural Əliyev, rayon statistika idarəsinin müdiri Pərvin Gözəlov çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını bildiriblər. Çıxışlarda ölkəmizdəki etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info