Etiraz aksiyaları Fransanı yanacaqsız qoyur
Tarix: 24.05.2016 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Tətillər və piketlər bütün fransız neft emalı sahəsini bürüyüb, nəticədə, bu sahədə məhsul istehsalı 50 faiz aşağı düşüb

Fransada neft emalı sahəsində başlamış nümayişlər ölkədəki bütün 8 neft emalı zavoduna yayılıb. Fransa polisi Marseldə nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə etdikdən və Marseldəki Fos-sur-Mer neft emalı zavoduna girişi bloklamaqla, nümayişin qarşısını almağa çalışdıqdan sonra, etiraz aksiyaları daha da qızışıb. Daha öncə polisə hökumət tərəfindən xəbərdarlıq edilmişdi ki, əmək hüquqlarında islahat şəraitində yanacaq təchizatını azaltmaq cəhdləri, sözügedən sahədə dözümlü qarşılanmayacaq və buna hazır olmaq lazımdır.

Qeyd edilir ki, bu aksiyalar Olland hökuməti ilə sözügedən sahədə barışmaz mövqeyi olan həmkarlar ittifaqı arasında qarşıdurmanın nəticəsidir. Bu ittifaq limanlarda neft zavodlarında və dəmir yollarında ciddi aksiyalar keçirilməsini hədəfləyir. İttifaqın nümayəndəsi olan Emmanuel Lepine qeyd edib ki, 40 avtobusluq reyd polisləri nümayişçilərə qarşı görünməmiş zorakılıq əməliyyatlarında iştirak ediblər.
ABŞ-a məxsus “Exxon Mobil” bazalı Fos neft emalı zavodunun işçiləri də geniş tətil aksiyalarına və piketlərə qoşulublar. Beləliklə, tətillər və piketlər bütün fransız neft emalı sahəsini bürüyüb. Lepine bununla bağlı olaraq bildirib ki, nəticədə, bu sahədə məhsul istehsalı 50 faiz aşağı düşüb.
Neft emalı fəhlələrinin tətillərinin, gəmi təmirçilərinin, yükləyicilərin və digərlərinin piketlərinin ardınca, məhsul çatdırılması dayandırıldıqdan və ya kəskin məhdudlaşdırıldığından, paylama anbarları günlərlə yanacaqsız qalıb. Bununla bağlı yüzlərlə benzin stansiyalarında alış və tətillərlə bağlı panika yaranıb.
Hökumət bildirib ki, tətilləri yola vermək üçün yetərincə təchizat var, amma Fransa şirkəti “Total” isə bildirib ki, bu həftənin əvvəlində artıq onun 2 min 200 yanacaqdoldurma stansiyasından yüzlərlə stansiya qismən və ya tamamən yanacaqsız qalıb.
Həmkarlar İttifaqı tətillərin həftədə iki gün olmaqla, milli dəmir yollarında, Paris metrosunda və şəhərətrafı dəmir yolu şəbəkəsində keçirilməsinə çağırıb. Belə ki, “Avro 2016” futbol çempionatı başlamazdan bir həftə öncə - iyun ayının 2-dən bu tətillərin başlanacağı gözlənilir. Bu isə Fransanın iqtisadiyyatına ciddi zərbə vurmaqla bərabər, Avropa futbol çempionatı ərəfəsində, bu ölkənin imicinə də xələl gətirə bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info