3 boksçumuz Dünya Çempionatında 1/4 finala yüksəlib
Tarix: 24.05.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Astana şəhərində qadın boksçular arasında Dünya Çempionatında 1/8 final mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin lideri Yana Alekseyevna ikinci görüşündən də qələbə ilə ayrılıb.
Belə ki, 60 kq çəki dərəcəsində rinqə çıxan Rio-2016-nın iştirakçısı Mavzuna Çoriyevanın (Tacikistan) ardınca Aleksis Priçardı (Yeni Zelandiya) da məğlub edib - 2:0. O, 1/4 finalda fransalı Estel Mosseli ilə döyüşəcək. Görüş bu gün olacaq. Ondan fərqli, birinci qarşılaşmasını qələbə ilə başa vuran Anna Əlimərdanova (51 kq) məğlubiyyətə üzülüb. O, Nikola Adams (Böyük Britaniya) səddini keçə bilməyib - 0:3. Yığmamızın ən ağır çəkili boksçusu Aynur Rzayeva (+81 kq) da mundialla vaxtından əvvəl vidalaşıb. O, ilk görüşündəcə Seema Punyaya (Hindistan) 0:3 hesabı ilə uduzub. Qeyd edək ki, millimizin üzvlərindən Əlimərdanova və Rzayevaya kimi Əzizə Abbasova (48 kq), Ayzanat Hacıyeva (64 kq), Yelena Vıstropova (75 kq) və Alina Hacıyeva (81 kq) da yarışla vidalaşıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info